Son dəqiqə
Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Yollarda yeni nişanlar olacaq – FOTO

Cəmiyyət

Azərbaycanda sürücüsüz (avtonom) nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yeni yol nişanları tətbiq olunacaq.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, “Avtonom (sürücüsüz) nəqliyyat vasitəsi”ni bildirən yeni məlumat nişanı tətbiq ediləcək. Nişan avtonom nəqliyyat vasitələrinin hərəkətinə icazə verilən yol sahələrini göstərəcək.

Bununla yanaşı, yeni yol nişanları vasitəsilə avtonom nəqliyyat vasitələrinin hərəkət zonasının başlanğıcı və sonu da müəyyən ediləcək.

Dəyişikliklər sürücüsüz nəqliyyat vasitələrinin ölkədə mərhələli şəkildə tətbiqinə hazırlıq məqsədi daşıyır və onların hərəkətinin digər nəqliyyat iştirakçıları üçün daha aydın tənzimlənməsini nəzərdə tutur.

Məsələ birinci oxunuşda qəbul edilib.