Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

190 uşağın ölümündə təqsirli bilinən təriqət liderinin DƏHŞƏTLİ PLANI

Cəmiyyət
Keniyada təriqət lideri Pol Makkenzi 190 uşağın və bir yetkin şəxsin ölümündə təqsirli bilinib.

Cagdas.az xəbər verir ki, “Good News International” kilsəsinin lideri tərəfdarlarını aclıqdan öldükləri təqdirdə İsa ilə qovuşacaqları vədi ilə yemək yeməməyə sövq edib.

Məhkəmədə Makkenzinin tərəfdarlarının ölümünü mərhələli şəkildə planlaşdırdığı üzə çıxıb. Belə ki, əvvəlcə uşaqların, sonra qadınların və gənc kişilərin, sonda isə digər kişilərin ölməsi nəzərdə tutulub.

Faciə 2023-cü ildə Keniyanın Şakahola meşəsində kütləvi məzarlıqların aşkarlanmasından sonra üzə çıxıb. Axtarışlar zamanı 400-dən çox meyit tapılıb, onlardan yalnız 26 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Makkenzi və aralarında həyat yoldaşının da olduğu 28 təqsirləndirilən şəxsin cəzasının noyabrın 6-da açıqlanacağı gözlənilir.\ölkə.az\