Venesuela Böyük Britaniya Bankında saxlanılan 1,9 milyard dollarlıq qızıl ehtiyatlarını geri tələb edir.
Cagdas.az xəbər verir ki, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges bankın anbarlarında 7 ildir bloklanmış qızıl ehtiyatlarının ölkəyə qaytarılmasını istəyib. O, hökumət iclasında Londonu Venesuela xalqına məxsus aktivləri qanunsuz şəkildə saxlamaqda ittiham edib və məsələ ilə bağlı rəsmi hüquqi və diplomatik proseslərin başlanması üçün tapşırıq verib. Məlumata görə, mübahisə 2018-ci ildə Venesuelada keçirilən seçkilərdən sonra yaranıb. Həmin vaxt London Nikolas Maduronun qələbəsini tanımayıb və müxalifət lideri Xuan Quaydonun çağırışlarından sonra 2019-cu ildən etibarən Karakasın qızıl ehtiyatlarına çıxışını məhdudlaşdırıb.
Mənbədə bildirilir ki, Maduronun ABŞ hərbi əməliyyatı nəticəsində hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə yaradılan müvəqqəti rəhbərlik və müxalifət qızılın geri qaytarılması məsələsində razılığa gəlib\metbuat.az\


