Son dəqiqə
Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq: Əhaliyə 72 saatlıq ehtiyat çağırışı ediləcək? UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Qanunsuz tikinti ilə gündəmə gəlmişdi – Nazir işdən çıxardı Əli Kərimli və müavininin bu gün məhkəməsi başlayır Android istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: Telefonunuza gələn bu mesajı açmayın Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – QİYMƏTLƏR Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi Orduya gözlənilməz əmr verildi: Hazır olun, müharibə zamanı… İrandan rəsmən bəyan etdi: Zərbə endiriləcək! Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR

İrandan rəsmən bəyan etdi: Zərbə endiriləcək!

Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Tehrana qarşı yeni hərbi əməliyyatlara başlaması halında Avropada yerləşən Amerika hərbi bazalarına zərbələr endirilə biləcəyini bəyan edib.

Çağdaş.Az xəbər verir ki, İran tərəfi mümkün hücumlara cavab olaraq hərbi əməliyyatların coğrafiyasının genişlənə biləcəyinə işarə edib.

Bu xəbərdarlıq ABŞ-la İran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir.

Bununla yanaşı, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankeri ilə bağlı yeni insidentlər barədə məlumat yayıb. İran tərəfinin iddiasına görə, gəmilər boğazda müəyyən edilmiş marşrutlardan kənar hərəkət etməyə cəhd göstəriblər.

Tankerlərdən biri boğazın şərqində, digəri isə qərb hissəsində olub.

Bir qədər əvvəl isə İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 tipli kəşfiyyat və zərbə dronunu vurub./Globalinfo.az