Son dəqiqə
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır? Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi

Yanvardan minimum əməkhaqqı artırılacaq

İqtisadiyyat

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.

Bunu Cagdas.az  müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.

A.Hüseynov qeyd edib ki, minimum əməkhaqqının artırılması digər əməkhaqlarına da təsir göstərir.

“Belə ki, minimum əməkhaqqının dəyişməsi vahid tarif cədvəli üzrə maaşların yenidən müəyyənləşdirilməsi üçün əsas yaradır”, – o deyib.

Deputatın həmçinin əməkhaqlarındakı artımların pensiya və sosial müavinətlərin məbləğlərinə də təsir göstərəcəyini də qeyd edib.

Xatırladaq ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən etibarən 400 manat müəyyən edilib.\modern.az\