Son dəqiqə

“20 Yanvar” tunelində güclü YANĞIN

Hadisə

Bakı-Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən tuneldə yanğın baş verib.

FHN-dən  verilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində “Mazda” markalı avtomobil tuneldə yanıb.

Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.(milli.az)