Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

27 ölkə Rusiyaya müharibə elan edəcək – Kreml şokda

Dünya

Rusiya Ukrayna cəbhəsində ciddi uğurlar qazansa da, çox narahat görünür. Buna ən çox səbəb də, Amerika prezidenti Donaldın Trampın 28 bəndlik sülh planına qarşı çıxan Avropa İttifaqıdır. Hətta Kremldən gələcəkdə Rusiya-Avropa İttifaqı savaşının baş verə biləcəyinin anonsları da verilməkdədir.

Avropa İttifaqı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır.

Cagdas.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. O qeyd edib ki, NATO ölkələrinin və ona tabe olan Avropa Birliyinin hərbi inkişaf siyasətinin əsas istiqaməti onların iqtisadiyyatlarını, infrastrukturunu, logistikasını, cəmiyyətlərini və hərbi təşkilatlarını Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlamaqdır.

Məlumat üçün bildirək ki, Aİ-yə daxil olan üzv dövlətlərin sayı 27-dir. Bu isə o anlama gəlir ki, bu sayda ölkə Rusiyaya qarşı döyüşə bilər.

Politoloq Züriyə Qarayeva Musavat.com-a dedi ki, şimal qonşumuzun narahatçılığı əsassız deyil:

TDUFWEAbuIiEr6dfI0zLJKDtPhRais2P (1).jpg (802 KB)

“Rusiya bu açıqlamalarla əslində iki əsas narahatlığı ortaya qoyur. Birincisi, Avropa İttifaqının və NATO-nun hərbi modernizasiya proqramları artıq Moskvanın regional üstünlüyünü zəiflədən real təhlükəyə çevrilib. Xüsusilə Almaniya, Polşa və Skandinaviya ölkələrinin sürətli silahlanması Rusiyanın strateji balansını dəyişdirir və Kremlin uzunmüddətli planlarını çətinləşdirir.

İkincisi, Moskva qorxur ki, Qərbin hərbi infrastrukturu və logistika şəbəkələrinin genişləndirilməsi Ukraynadan sonra mümkün növbəti qarşıdurmada “ön cəbhə hazırlığı” rolunu oynaya bilər. Rusiya anlayır ki, Qərb artıq təkcə Kiyevi silahlandırmaqla kifayətlənmir, özünü də potensial böyük müharibəyə uyğunlaşdırır. Müharibəni qələbə kimi göstərməyə çalışan Moskva üçün bu, həm siyasi, həm də hərbi təcridin daha da dərinləşməsi deməkdir”.