Son dəqiqə
Tramp göstəriş verdi: Rusiya dərhal sanksiyadan azad edildi Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb 4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Sami Yusufun “Qarabağımsan” mahnısı 5 il sonra yayımlandı – VİDEO Pensiyalarla bağlı böyük dəyişiklik – Yeni qayda bəlli oldu Həkimdən iddia: 40 yaşdan yuxarı kişilər bu yolla 18 kiloqram arıqlaya bilər Payızda hansı meyvələri yemək faydalıdır? Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Reklam
Reklam

4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq

İdman

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.

Çağdaş.Az xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.

M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.