Son dəqiqə
Azərbaycan Premyer Liqası: Bu gün VII turun daha iki oyunu baş tutacaq Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb 4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Sami Yusufun “Qarabağımsan” mahnısı 5 il sonra yayımlandı – VİDEO Pensiyalarla bağlı böyük dəyişiklik – Yeni qayda bəlli oldu Həkimdən iddia: 40 yaşdan yuxarı kişilər bu yolla 18 kiloqram arıqlaya bilər Payızda hansı meyvələri yemək faydalıdır? Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək Dünyanın ən çirkli havaya malik şəhəri məlum oldu
Reklam
Reklam

Sami Yusufun “Qarabağımsan” mahnısı 5 il sonra yayımlandı – VİDEO

Maqazin

Tanınmış müğənni Sami Yusuf Qarabağa həsr olunan “Qarabağımsan” adlı musiqi əsərini yayımlayıb.

Çağdaş.Az xəbər verir ki, sənətçi yeni əsərlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Sami Yusuf bildirib ki, kompozisiya beş il əvvəl, COVID-19 pandemiyası zamanı ərsəyə gəlib. Onun sözlərinə görə, əsər Qarabağ sakinlərinə və bu diyara ünvanlanan sevgi məktubu, musiqi vasitəsilə ifadə olunan bir nəğmədir.

Müğənni əsərin hazırlanma prosesi barədə də məlumat verib. O qeyd edib ki, musiqiçilər və xor ifaçıları öz ifalarını müxtəlif günlərdə və gecələrdə lentə alıblar. İfaçılardan bir qismini Dövlət Filarmoniyasının üzvləri, digər qismini isə Azərbaycan ənənəvi musiqi alətləri üzrə tanınmış ifaçılar təşkil edib.

Sami Yusuf layihənin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də təşəbbüsün əsas təşkilatçılarından biri olan professor Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, “Qarabağımsan” əsərinin sözləri Aytən İsmixanovaya məxsusdur.