• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.6° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

12 İyul, 26 / 20:43
A A

Orta və yaşlı nəsil Sergey Mironoviç Kirovu yaxşı xatırlayır. Bir zamanlar hər rayonda onun adı əbədiləşdirilmişdi. Ən əsası Bakıda-Dağüstü parkda onun nəhəng heykəli ucaldılmışdı.

Kirova bu qədər diqqət ona olan sevgidən irəli gəlmirdi…

Sadəcə Azərbaycanda Sovet hökumətinin qurucularından biri o, idi. Və o, Azərbaycana rəhbərlik etdiyi qısa zamanda çox günahsız insanın qanını axıtmışdı.

Bəlkə də əlahəzrət ədalətin təntənəsi idi ki, o da öz əcəli ilə ölmədi. Bir qəfil gülləyə tuş gəldi. Hadisə isə indiki Sankt-Peterburqda baş verdi.

1 dekabr 1934-cü ildə Smolnı dəhlizində səslənən güllə sadəcə Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibinin sui-qəsdin xəbərçisi deyildi. Bu, Stalin dövrünün ən dəhşətli mexanizmi olan Böyük Terrorun təcəssümü idi.

Maraqlıdır ki, o illərdə SSRİ-də XVII Partiya Qurultayında seçilmiş Mərkəzi Komitənin 138 üzvü və namizəd üzvlərindən yalnız 40-ı növbəti Qurultaya qədər sağ qaldı.

Bəs bu qəsdin arxasında kim dayanırdı?

Qəribədir ki, Sovetlər vaxtında onilliklər boyu bunun cavab tapılmayıb. Digərləri kimi Kirovun barəsində aparılan araşdırmalar müəmmalı şəkildə ya qapadılıb, ya da nəticəsiz qalıb.

Baxmayaraq ki, Kirovun qatili “müəyyən edilmişdi”. Bu Leonid Nikolayev adlı bir partiya əməkdaşı idi. Qətlə görə o partiyadan xaric edildi. Amma sonradan o yenidən partiya sıralarına döndü. Heç həbs həyatı da yaşamadı. Və istintaq materiallarında belə bir “sübut” keçdi ki, guya insident qısqanclıq zəmnində baş verib.

Nikolayevin arvadı guya Kirovun gizli sevgilisi imiş…

Bu ideyanı o zamankı dövlət başçısı İosif Stalin irəli sürdürmüşdü. Amma Kremlin kuluarlarında gəzən söbətlərə görə Stalin Kirovu özünə rəqib görürdü. Ona görə də onu aradan götüzdürdü.

Stalindən sonrakı dövrdə Baş katib Nikita Xruşşovun göstərişi ilə Kirovun ölümünü araşdıran xüsusi komissiya yaradıldı. 1956-cı ildə Vyaçeslav Molotova “Kirov işi”ni araşdırmaq tapşırıldı.

Nəzərə alaq ki, Molotov köhnə məktəbin adamı idi. O, özü də 1934-cü ildə, sui-qəsddən sonrakı gün Stalinlə birlikdə Leninqrada gəlmişdi. O, otuz ildir çiyin-çiyinə işlədiyi Baş katibə qarşı çıxa bilərdimi? Ona görə də komissiyanın işi qısa zamanda yekunlaşdı və cinayət işində Stalinin izi tapılmadı. Komissiya ilkin rəyi qüvvədə saxladı – qısqanclıq Kirovun sonunu gətirmişdi.

Aydındır ki, Molotovun nəticələri Xruşşovu qane etmədi.

1960-cı ildə ikinci bir komissiya yaratdı. Ona Stalinin dövründə Ali Sovet Rəyasət Heyətinin sədri vəzifəsini tutan partiya xadimi Nikolay Şvernik rəhbərlik edirdi.

Yeni komissiyanın üzvləri Leonid Nikolayevin sadəcə cinayətin törədicisi olduğu və bunun NKVD zabitləri tərəfindən təşkil edildiyi qənaətinə gəldilər. Üstəlik, cinayətkar dəstənin Stalinin birbaşa əmrləri ilə hərəkət etdiyi müəyyənləşdi.

Növbəti il, 1961-ci ildə yenidən Şvernikin rəhbərlik etdiyi üçüncü komissiya yaradıldı. Bu komissiyaya KQB, prokurorluq və Marksizm-Leninizm İnstitutunun əməkdaşları daxil idi. Lakin əsas fiqur üç mindən çox şahidi dindirən veteran bolşevik Olqa Şatunovskaya idi.

Şatunovskayanın şübhəsi yox idi ki, Kirov Stalinin əmri ilə aradan götürülüb. O, bunu birbaşa Xruşşevə bildirdi. Lakin cavab olaraq o, “İndi bizi başa düşməyəcəklər. 15 ildən sonra buna qayıdacağıq” fikirlərini eşitdi. Beləliklə, Komissiya bağlandı.

Cinayətlə bağlı dördüncü Komissiya öz işinə 1963-cü ildə başlamış və 1967-ci ildə başa çatdırmışdı. Ona Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Arvids Pelşe rəhbərlik edirdi.

Ona qəti tapşırıq verilmişdi: istintaqı birdəfəlik başa çatmalıdır.

Pelşe tapşırığı yerinə yetirdi. Onun qərarı isə birmənalı oldu: Nikolaev cinayəti təkbaşına törədib və NKVD-nin bu işdə rolu olmayıb.

Nəhayət SSRİ-ni dağılma ərəfəsində olduğu bir vaxtda Mərkəzi Komitənin katibi, Qorbaçov islahatlarının ideoloqu olan Aleksandr Yakovlev prokurorluqdan və KQB-dən yeni araşdırma tələb etdi.

Qısa zamanda müstəntiqlər tərəfindən ərsəyə gətirilən hesabatda deyilirdi: Nikolayev cinayəti tək törədib. Vəssalam…

Beləcə sui-qəsdin arxasında duran təşkilatçı tapılmadı. Sonuncu Sovet komissiyası da Stalinin Kirovun qətlində birbaşa iştirakını sübut edə bilmədi.

Bəs, həqiqət niyə üzə çıxmadı?

Maraqlıdır ki, Kirovun ölümünü 5 Dövlət Komissiyası araşdırsa da, onların heç birinin qərarı sovet cəmiyyətinə inandırıcı gəlmədi. Bu də səbəbsiz deyildi.

Birincisi komissiya şəxsi motivasiyanı irəli sürdü. İkinci komissiya cinayətdə NKVD ilə Stalininin iştirakını bəyan etdi. Üçüncü komissiya isə tam fərqli fikirlərə malik idi. Dördüncüsü “tənha canavar” nəzəriyyəsinə qayıtdı. Beşincisi yenidən Stalinin iştirakını sənədləşdirdi, lakin ona qarşı heç bir dəlil tapmadı.

Bəs elə isə cinayət işi niyə 55 il araşdırıldı?

Cavab sadədir. Hər bir komissiya sonda həqiqəti deyil, siyasi cəhətdən əlverişli cavabı axtarırdı. Molotov Stalinə qarşı çıxa bilməzdi – onların çoxlu əlaqələri var idi. Şvernik və Şatunovskaya isə əksinə, Stalinin cani imicindən faydalanan Xruşşevi razı salmağa çalışırdılar.

Pelşe məsələni yuxarıdan gələn əmrlərlə həll etdi. Yakovlev həqiqəti axtardı, amma dağılan bir sistem kontekstində onu tapmaq artıq mümkün deyildi. Ona görə də cinayət işi siyasi maraqlar ucbatından hər dəfə yarımçıq qapadıldı…

Bənzər Xəbərlər

Dünya

Putinin sentyabra qədər “imkan pəncərəsi” qalıb – Sonra stavkalar kəskin artacaq

İyul 12, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Dünya

İranın addımlarına ərəb ölkəsindən SƏRT REAKSİYA

İyul 12, 2026
Dünya

Polşa Ukraynaya qırıcılar vermək üçün şərt qoydu

İyul 12, 2026
Dünya

Atasını hakimiyyətdən devirdi, sonradan özü də istefa verdi - SENSASİYALI FAKTLAR

İyul 12, 2026
Dünya

Priqojinin qaranlıq şəbəkəsi ifşa edildi, rəhbəri isə… – Kremlin belə əli çatmır

İyul 12, 2026
Dünya

Tel-Əvivdən müharibə əmri: İsrail ordusu təkbaşına İranı vuracaq

İyul 12, 2026

XƏBƏR LENTİ

Putinin sentyabra qədər “imkan pəncərəsi” qalıb – Sonra stavkalar kəskin artacaq

12 İyul, 26 / 22:06

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

12 İyul, 26 / 21:48

AI uğrunda rekord sərmayə: Dünyanın ən böyük texnologiya şirkətləri rəqabəti artırır

12 İyul, 26 / 21:30

Qlobal ərzaq böhranı xəbərdarlığı: “Super El-Ninyo” qiymətləri rekord həddə çatdıra bilər

12 İyul, 26 / 21:16

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

12 İyul, 26 / 21:01

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

12 İyul, 26 / 20:43

Şəkəri tam kəsmək risklidir – Yeni araşdırmadan diqqətçəkən nəticələr

12 İyul, 26 / 20:24
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İranın addımlarına ərəb ölkəsindən SƏRT REAKSİYA

12 İyul, 26 / 20:04

Polşa Ukraynaya qırıcılar vermək üçün şərt qoydu

12 İyul, 26 / 19:46

Atasını hakimiyyətdən devirdi, sonradan özü də istefa verdi - SENSASİYALI FAKTLAR

12 İyul, 26 / 19:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.