Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

50 xarici baş məşqçi öz xidmətini “Neftçi”yə təklif etdi – SON XƏBƏR

İdman

Hazırda 50-dən çox məşqçi «Neftçi»nin sükanı arxasına keçməyə razıdır.

Cagdas.az bu barədə olduqca maraqlı məlumat əldə edib.

Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, Samir Abasovun istefaya göndərilməsindən sonra menecerlər tərəfindən göndərilən sv-lərin sayı 50-ni ötüb.

Son bir həftədə xidməti «ağ-qaralar»a təklif edilən mütəxəssislərin hamısı əcnəbidir.

Dekabrın 2-4-ü aralığında Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. «Neftçi» ilk oyun günü «Zirə»nin qonağı olacaq.

«Ağ-qaralar»ın Bakıətrafı qəsəbə səfərinə kimin aparacağı artıq bizə bəllidir. Klub rəhbərliyi yenə Sənan Qurbanova güvənib.

O, Samir Abasovun istefaya göndərilməsindən sonra komanda ilə Tovuz səfərinə yollanıb. Premyer Liqanın 13-cü turu çərçivəsində «Turan Tovuz»la keçirilən həmin görüş qolsuz bərabərliklə yekunlaşıb.

Kollektivin «Zirə» ilə qarşılaşmaya hazırlığının Sənan Qurbanova tapşırılması o deməkdir ki, yönətim yeni baş məşqçinin kimliyini müəyyənləşdirməyə tələsmir.

Bu məsələyə ehtiyatla yanaşır, səhv etmək istəmirlər./SPORTİNFO.AZ/