Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Sergen Yalçının milli komandadakı maaşı bəlli oldu — Milyonluq müqavilə və təzminat şərti

İdman

Türkiyə millisinin baş məşqçisi postuna gətiriləcəyi gözlənilən tanınmış mütəxəssis Sergen Yalçının qazanacağı məbləğ açıqlanıb.

Çağdaş.Az xəbər verir ki, tərəflər arasında imzalanacaq dördillik müqavilənin detalları məlum olub.

Məlumata əsasən, təcrübəli mütəxəssisin illik maaşı 2,5 milyon avro təşkil edəcək. Həmçinin sözləşmədə 1 milyon 50 min avro məbləğində təzminat maddəsinin də yer aldığı bildirilir.

Qeyd edək ki, hələlik tərəflər arasında maliyyə şərtləri ilə bağlı rəsmi açıqlama verilməyib./Referans Media/