• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
1.9414
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

65-dən sonra yeni artım ola bilər – Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA

23 İyun, 26 / 16:58
A A

Azərbaycanda qadınlar üçün pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb və iyulun 1-dən etibarən həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 olacaq. Bu dəyişiklikdən sonra diqqətlər növbəti mərhələdə pensiya yaş həddinin yenidən artırılıb-artırılmayacağı məsələsinə yönəlib.

Bəs demoqrafik və iqtisadi göstəricilər nəzərə alınaraq gələcəkdə kişilər üçün də pensiya yaşının artırılması gündəmə gələ bilərmi?
Cagdas.az  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, pensiya yaş həddinin müəyyənləşdirilməsi elmi əsaslandırmalara söykənir.

Deputatın sözlərinə görə, bu zaman əsas meyarlardan biri orta ömür uzunluğudur:
“Adətən ölüm yaşı müəyyən olunur. Azərbaycanda bu göstərici təxminən 74-77 yaş civarındadır. Pensiya yaşı da həmin göstəricilər nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan pensiya yaşının artırılması məsələsi ümumi metodologiyaya uyğun şəkildə qiymətləndirilir”.

F.Mustafa qeyd edib ki, gələcəkdə pensiya yaş həddinin yenidən artırılması məsələsi yalnız müvafiq qurumların apardığı təhlillərdən sonra gündəmə gələ bilər:
“Bu məsələ aidiyyəti qurumlar tərəfindən analiz edilməli və imkanlar çərçivəsində pensiya yaşının artırılmasına baxılmalıdır. Ola bilər ki, burada hətta 1 yaşlıq dəyişiklik belə müəyyən təsir göstərsin. Bu, insanların əmək fəaliyyətini daha uzun müddət davam etdirməsinə şərait yaradacaq”.

Deputat hesab edir ki, hazırda diqqət daha çox qadınların pensiya təminatı ilə bağlı problemlərinin həllinə yönəldilməlidir:
“Əvvəlcə qadınlarla bağlı məsələlər öz həllini tapmalıdır. Xüsusilə övlad böyüdən, çoxuşaqlı ailələrdə yaşayan və əmək şəraiti ağır olan qadınların pensiya ilə bağlı problemləri nəzərə alınmalıdır. Bu istiqamətdə daha həssas yanaşmaya ehtiyac var.

Pensiya yaşının artırılması kimi mühüm qərarlar ciddi elmi araşdırmalar və müvafiq qurumların rəyləri əsasında qəbul edilməlidir”.
Beləliklə, deputat kişilər üçün pensiya yaşının artırılmasını istisna etməsə də, bunun yalnız demoqrafik göstəricilər, iqtisadi amillər və elmi araşdırmalar əsasında mümkün ola biləcəyini bildirib.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Abituriyentlərə şad XƏBƏR – 42 yeni ixtisas açılır

İyun 23, 2026
Cəmiyyət

Sabah bütün müavinət və təqaüdlər ödəniləcək

İyun 23, 2026
Cəmiyyət

Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

İyun 23, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana 10 vaqon buğda göndərilir

İyun 23, 2026
Cəmiyyət

Bakıda moped sürənlərə xəbərdarlıq edildi

İyun 23, 2026
Cəmiyyət

Bu şəxslər 6 ay gözləmədən məzuniyyətə çıxa bilər – SİYAHI

İyun 23, 2026

XƏBƏR LENTİ

Abituriyentlərə şad XƏBƏR – 42 yeni ixtisas açılır

23 İyun, 26 / 18:38

Sabah bütün müavinət və təqaüdlər ödəniləcək

23 İyun, 26 / 18:24

Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

23 İyun, 26 / 18:10

Azərbaycandan Ermənistana 10 vaqon buğda göndərilir

23 İyun, 26 / 17:56

Türkiyə və Ermənistanın nəqliyyat nazirləri görüşü – Yollar açılır

23 İyun, 26 / 17:43

Bakıda moped sürənlərə xəbərdarlıq edildi

23 İyun, 26 / 17:29

Bu şəxslər 6 ay gözləmədən məzuniyyətə çıxa bilər – SİYAHI

23 İyun, 26 / 17:14

İstanbuldaki Azərbaycan məktəbində ŞİDDƏT - Azyaşlıları döyən işçi saxlanıldı / VİDEO

23 İyun, 26 / 17:04

65-dən sonra yeni artım ola bilər – Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA

23 İyun, 26 / 16:58

İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

23 İyun, 26 / 16:45
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.