Son dəqiqə
Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar

Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR

Cəmiyyət

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə təqdim edəcək.

Cagdas.az  xəbər verir ki, Fondun məlumatına əsasən, mənzillərin aylıq ödənişləri 419 manatdan başlayır. Seçim noyabrın 24-də saat 15:00-da açılacaq.

Təklif olunan 1, 2 və 3 otaqlı mənzillər aşağıdakı ünvanlarda yerləşir:

– Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil;
– Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil;
– Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.

Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər.

Mexanizm barədə ətraflı məlumatı Fondun rəsmi saytından, YouTube kanalından və “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.\modern.az\