Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

73 mindən çox müəllimin maaşı artdı

Cəmiyyət

Azərbaycanda 2025-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib.

Cagdas.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Bildirilib ki, 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub. 10 minə yaxın müəllim tədris ili ərzində işə qəbul edilib.

Vurğulanıb ki, indiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.

Qeyd olunub ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 2022 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.(ölkə.az)