Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Almaniya Rusiyanı ifşa etdi: səfir XİN-ə çağırıldı

Dünya

Almaniya təxribat, kiberhücum və seçkilərə müdaxilə ittihamları ilə Rusiya səfirini XİN-ə çağırıb

Cagdas.az bildirir ki, rəsmi nümayəndənin bildirdiyinə görə, Almaniya cümə günü təxribat, kiberhücumlar və seçkilərə müdaxilə ittihamları ilə əlaqədar Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Almaniya hökuməti, həmçinin Moskvanı dezinformasiya kampaniyaları aprmaqda günahlandırır.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Gize məsələ ilə bağlı deyib: “Rusiyanın bu kiber və dezinformasiya hücumlarının məqsədi gün kimi aydındır: cəmiyyəti parçalamaq, inamsızlıq toxumu səpmək, narazılıq yaratmaq və demokratik institutlara inamı zəiflətmək..”

Hökumətin mətbuat konfransında çıxış edən Martin Gize əlavə edib ki, informasiyanın bu cür hədəfli manipulyasiyası Rusiyanın Almaniyadakı demokratik proseslərə və institutlara inamı zədələmək məqsədi daşıyan genişmiqyaslı fəaliyyətlərinin sadəcə bir hissəsidir.

Qeyd edək ki, alman rəsmiləri bundan əvvəl də Rusiyanı Avropada sabitliyi pozmaq üçün hibrid müharibə üsullarına əl atmaqda ittiham etmişdilər. Moskva isə bu dəfəlik ittihamlara şərh verməyib.

Cagdas.az
Xəqani Əzizli