Son dəqiqə

FED rəhbərliyi dəyişir: Tramp tarix verdi

Dünya

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) yeni sədrinin adını yaxın bir neçə həftə ərzində açıqlayacağını bildirib.

Cagdas.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən imza mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. FED sədrliyi üçün görüşdüyü namizədlərlə bağlı suala cavab verən ABŞ prezidenti, FED İdarə Heyətinin üzvü Kristofer Uollerin “əla bir namizəd” olduğunu qeyd edib.

“Bu vəzifədə uzun illərdir çalışan, karyerası boyu çox yaxın əməkdaşlıq etdiyim biridir. Çox gözəl insandır. Dünən onunla yenidən görüşdük”, — deyə Tramp vurğulayıb.

Tramp bildirib ki, bu post üçün üç-dörd namizədlə görüş keçirilib və onların hər biri uyğun seçimdir. O, eyni zamanda FED-in nəzarət üzrə sədr müavini Mişel Boumenin də “çox yaxşı namizəd” olduğunu qeyd edib.

FED-in yeni sədrinin nə vaxt açıqlanacağı ilə bağlı suala cavab verən Tramp, “Yaxın bir neçə həftə ərzində. İl sonuna qədər olub-olmayacağını dəqiq bilmirəm, amma çox tezliklə elan ediləcək”, — deyə əlavə edib./Hurriyet.com.tr/