• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
3.4° Weather Columbus
$
1.7
€
1.9924
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

22 Dekabr, 25 / 19:53
A A

Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl və həmrəy fəaliyyətin təşkili ölkəmizdə mühüm bir ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir.

Cagdas.az xəbər verir ki, bu fikirləri bu gün “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” konfransında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modeli formalaşdırır:

“Real vaxt rejimində məlumatların saniyələr içərisində geniş auditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm də Azərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd edirik. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin geniş şəkildə qeyd olunması milli mətbuatın tarixi rolunun, ictimai rəyin formalaşmasında tutduğu mövqeyin, maarifçilik ənənələrinin və dövlətçilik ideyalarının qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətinin dərin şəkildə təhlil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yubiley, eyni zamanda, “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaq, qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinə düşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır. Milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir”.

Ə.İsmayılov bildirib ki, rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin bir çox hallarda dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir:

“Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır. Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır”.

Onun fikrincə, media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir:

“Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununda media savadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsi və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianın İnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüm institusional addımdır”.

O vurğulayıb ki, media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir. Bu baxımdan ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldə olunması üçün zəruri şərtdir:

“Media Savadlılığı Həftəsi” çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir. Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində isə maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib”./ day.az

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Dekabr 22, 2025
Cəmiyyət

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycanda xəbər səhifələrinə hücum edən kimlərdir? – Müəmma

Dekabr 22, 2025
Cəmiyyət

“İçərişəhər” metrosunda qatarlar daha tez gələcək:yeni dönmə tuneli tikilir

Dekabr 22, 2025

XƏBƏR LENTİ

Aysun polisə şikayət etdi

22 Dekabr, 25 / 23:16

Gəlin “zərgərlik mağazası”na çevrildi – Bərzani ailəsi ilə qohum oldular – VİDEO

22 Dekabr, 25 / 22:01

“Toylarda aş gətirən rəqqasə olmuşam”

22 Dekabr, 25 / 21:30

Vanqa rus ulduzla qohum imiş…

22 Dekabr, 25 / 20:50

Xankəndiyə getməyən Xatirə Moskvaya getdi – FOTOlar

22 Dekabr, 25 / 20:29

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

22 Dekabr, 25 / 20:10

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

22 Dekabr, 25 / 19:53

Ceyhun Bayramov Vladanka Andreyevanı qəbul etdi

22 Dekabr, 25 / 19:37

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

22 Dekabr, 25 / 19:16

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

22 Dekabr, 25 / 19:01
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.