Son dəqiqə

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

İqtisadiyyat

Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb.

Çağdaş.Az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64 ABŞ dolları və ya 3,81% artaraq 126,59 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 121,95 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.