Son dəqiqə

Əbu-Dabidə üçtərəfli danışıqlar davam edir

Cəmiyyət

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun ikinci gününə start verilib.

Cagdas.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov sosial şəbəkə hesabında məlumat yayıb.

“Dünənki formatlarla işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və mövqelərin daha da sinxronlaşdırılması. Nəticələr sonra olacaq”, – paylaşımda deyilir.