2027-ci ilin dövlət büdcəsində hərbi qulluqçuların mənzil təminatı və kirayə kompensasiyalarının ödənilməsi üçün ümumilikdə 120 milyon manat vəsait nəzərdə tutulub.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələn ilin büdcəsində 20 il və daha çox xidmət etmiş, hazırda xidmətdə olan və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması, eləcə də digər zəruri xərclərin maliyyələşdirilməsi üçün 15 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan əlavə, yaşayış yeri olmayan hərbi qulluqçulara, o cümlədən ehtiyatda və istefada olan hərbi qulluqçulara kirayə götürülmüş yaşayış sahəsinə görə pul kompensasiyasının ödənilməsi üçün 14,7 milyon manat vəsait proqnozlaşdırılıb.
Arzu Nağıyev qeyd edib ki, bu məqsədlər üçün xidmətdə olan hərbi qulluqçulara 94,5 milyon manat, xüsusi rütbəli şəxslərə isə 21,5 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, 2027-ci ildə hərbi qulluqçuların mənzil təminatı və yaşayışla bağlı kompensasiya xərcləri üzrə ümumi maliyyələşmə 120 milyon manat təşkil edəcək.


