Son dəqiqə
Xəzərsahili qanunsuz obyektlər söküləcək? Azərbaycanda bu il qeydə alınmış kiberhücumların sayı açıqlandı Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır Məleykə Abbaszadə nazirin tabeliyinə keçdi – Münasibətlər necə olacaq? Masallıda fermerin texnikaları satılıb? – ŞİKAYƏT Liderlərin tarixi görüşü başlayıb – YENİLƏNƏCƏK Ermənistan sülh prosesini rəsmiləşdirəcək – 2031-ci ilədək plan TƏSDİQLƏNDİ Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silinib Paşinyan söz verdi: “…istefa verəcəm, Baş nazirliyə namizəd olmayacam!” Hikmət Hacıyev Ermənistana çağırış etdi

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Cəmiyyət

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cagdas.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.