Son dəqiqə

Paşinyan söz verdi: “…istefa verəcəm, Baş nazirliyə namizəd olmayacam!”

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı müxalifətə referendum keçirilməsini təklif edib. O, sənədin xalq tərəfindən rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul olunacağı halda isə növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Cagdas.az  xəbər verir ki, Paşinyan bu təklifi noyabrın 19-da hökumətin iclasında yeni Konstitusiyanın qəbulu prosesi barədə danışarkən irəli sürüb.

“​​Müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Əgər xalq Konstitusiyaya “hə” desə, növbəti seçkilərdə baş nazir postuna namizədliyimi irəli sürməyəcəyəm”, – deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bu təklifini bir gün əvvəl parlamentdə qismən səsləndirib, indi isə mövqeyini daha aydın şəkildə ifadə etmək istəyib.

Yeni Konstitusiyanın hazırlanmasından danışan Paşinyan ilkin layihənin gələn həftə dərc olunacağını açıqlayıb.

O vurğulayıb ki, Konstitusiya layihəsinə yenidən baxılması mümkündür, lakin sənəd hökumətin əsas ideoloji çərçivələrini müəyyən edən “Real Ermənistan” ideologiyasından kənara çıxmamalıdır.

“Konstitusiya layihəsi, şübhəsiz ki, dəyişdirilməlidir, lakin o, “Real Ermənistan” ideologiyasının çərçivəsindən kənara çıxa bilməz”, – deyə baş nazir bildirib.\modern.az\