Son dəqiqə
ABŞ və Çin razılığa gələ bilər – Bessent AÇIQLADI Paşinyanla “Mossad”ı nə birləşdir-ABŞ nəşrindən ŞOK İDDİALAR TƏCİLİ: Pakistan Yəmən müharibəsinə GİRDİ – Təyyarələr dolusu silah və zabitlər cəbhədə Yoxa çıxan təyyarənin qalıqları tapıldı Azərbaycan banklarının depozit portfeli açıqlanıb – RƏQƏMLƏR 11-ci sinif şagirdindən möhtəşəm ixtira – Bir damcı ilə… Dünya birjalarında neft UCUZLAŞIB Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri artıracağıq Kredit kartlarına 100 min, telefonlara 40 min – Türkiyədə sərt qərar
Reklam
Reklam

Günəş panellərinə ehtiyac qalmadı: Həm gecə, həm də yağışda elektrik istehsal edir

İqtisadiyyat

Günəş enerjisi sahəsində illərdir davam edən “gece elektrik istehsal olunmur” və ya “buludlu havada səmərəlilik düşür” problemləri artıq tarixə qovuşur. Yeni nəsil panellər sayəsində artıq günəşin olmadığı saatlarda belə fasiləsiz enerji əldə etmək mümkün olacaq.

Çağdaş.Az xəbər verir ki, bu inqilabi texnologiya həm yağış damcılarının kinetik enerjisindən, həm də gecə vaxtı yaranan infraqırmızı radiasiyadan istifadə edərək elektrik enerjisi yaradır.

Yeni panellər “Triboelektrik Nanogenerator” (TENG) adlı xüsusi təbəqə ilə təchiz olunub.
Yağış damcıları panelin səthinə dəydikdə yaranan sürtünmə və təzyiq elektrik enerjisinə çevrilir.

Bu sistem sayəsində buludlu və yağışlı havalar enerji itkisi deyil, əksinə, yeni bir enerji mənbəyi halına gəlir.
Gecə saatlarında enerji istehsalı üçün “Termoradiativ Hüceyrə” texnologiyasından istifadə edilir.

Gün ərzində qızan yer səthi gecə vaxtı kosmosa doğru infraqırmızı şüalanma (istilik) yayır.
Bu xüsusi hüceyrələr Yerlə kosmos arasındakı temperatur fərqindən istifadə edərək gecənin qaranlığında belə elektrik istehsal etməyi bacarır.

Xəbərdə vurğulanır ki, bu yeni nəsil hibrid sistemlər 24 saat fasiləsiz enerji vəd edir:
Enerji saxlama (batareya) ehtiyacını minimuma endirir.

Eyni sahədə həm günəşli, həm də yağışlı havada maksimum məhsuldarlıq təmin edilir.
Panellər həm də sərt hava şəraitinə daha davamlı materiallardan hazırlanır./Milliaz/