Son dəqiqə
İlin sonuna dək Ağdamda əhalinin sayı 20 minə çatacaq Yeni səfir İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim etdi Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq Bu şəxslər pulsuz hüquqi yardım alacaqlar Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR
Reklam
Reklam

11-ci sinif şagirdindən möhtəşəm ixtira – Bir damcı ilə…

Dünya

Moskvada 11-ci sinif şagirdi Denis Kaçanov diqqət və yaddaş funksiyalarına təsir göstərən eksperimental burun damcısı hazırlayıb.

Çağdaş.Az xəbər verir ki, 1158 nömrəli məktəbin tibb sinfində oxuyan Denis Kaçanov nootrop təsirə malik fonturasetam maddəsinin burun vasitəsilə orqanizmə daxil edilməsi imkanını araşdırıb.

Fonturasetam adətən ağızdan qəbul edilir. Maddənin suda zəif həll olması əsas çətinliklərdən biri olub. Məktəbli əlavə komponentlər seçərək çöküntüsüz, şəffaf və homogen məhlul əldə etməyə nail olub.

Araşdırmanın növbəti mərhələsi N.İ.Piroqov adına universitetin K.M.Lakin adına Əczaçılıq Elmi-Təhsil İnstitutunda davam etdirilib. Burada maddənin burundan və ağızdan qəbulu zamanı təsiri müqayisə olunub.

Təcrübədə yüksək dozada hər iki üsulun nəticələrinin müqayisəolunan olduğu, daha aşağı dozada isə burundan yeridilən maddənin təsirinin qorunduğu bildirilib. Burundan tətbiq zamanı təcrübə obyektlərində hərəkət aktivliyinin eyni dozanın ağızdan qəbuluna nisbətən daha yüksək olduğu müşahidə edilib./Musavat.com/