Son dəqiqə
Reklam
Reklam

ABŞ və Çin razılığa gələ bilər – Bessent AÇIQLADI

Dünya

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər.

Çağdaş.Az xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib.

“Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barədə razılığa gələ bilərik”, – o, süni intellekt modelləri haqqında danışarkən bildirib.

Bessent həmçinin Vaşinqton və Pekin arasında süni intellektlə bağlı məsələlər üzrə qarşılıqlı məlumatlandırma mexanizminin yaradılmasının tərəfdarı olaraq çıxış edib. Onun fikrincə, Çin qarşılıqlı fəaliyyətin belə bir formatına razılaşacaq.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyinin rəhbəri iki ölkə tərəfindən hazırlanan süni intellekt modellərinin imkanları barədə məlumat mübadiləsinin mümkünlüyünü şübhə ilə qiymətləndirib. “Yəqin ki, yox”, – belə bir addımın məqsədəuyğunluğu haqqında suala cavabında deyib.