Məşhur müğənni Sibel Can və iş adamı Emir Sarıgül haqqında yeni iddialar gündəmə gəlib. Uzun müddətdir münasibətdə olan cütlüyün evləndiyi barədə yayılan xəbərlər geniş müzakirələrə səbəb olub.
Cagdas.az xəbər verir ki, Sibel Can üç uşaq anasıdır və yeni nənə olub.
Onun yeni sevgilisi isə özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüldür. Emir tanınmış türk siyasətçisi Mustafa Sarıgülün oğludur. Məlumata görə, Mustafa Sarıgül əvvəllər bu münasibətə qarşı olsa da artıq oğlunun Sibel Canla olan münasibətlərinə qarışmır.
Yeni iddialara görə, cütlük bu yay evlənməyi planlaşdırır. Ece Erken açıqlamasında Sibel Canın evlənmək üzrəolduğunu və “hazırlıqların getdiyini” vurğulayıb.(sfera.az)



















