Son dəqiqə

Rəsmi Bakının icazəsi ilə İrəvanda tədbir keçiriləcək

Cəmiyyət
Mount Ararat and the Yerevan skyline in late spring 2018

Ermənistan hökuməti COP17 iştirakçıları üçün viza rejimini müvəqqəti sadələşdirməyə hazırlaşır.

Cagdas.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar layihəsi hazırlanıb.

Layihəyə əsasən, COP17 konfransı çərçivəsində müəyyən ölkələrin nümayəndələri Ermənistana giriş vizalarını E-VISA sistemi vasitəsilə də rəsmiləşdirə biləcəklər.

Məlumata görə, yeni mexanizmin beynəlxalq tədbir iştirakçılarının ölkəyə giriş prosedurlarını sürətləndirməsi və sadələşdirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan COP17  18-30 oktyabr tarixlərində keçiriləcək. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini də rəsmi olaraq qəbul etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanın COP17-yə ev sahibliyi etməsi qərarı beynəlxalq konsensus və üzv dövlətlərin dəstəyi əsasında qəbul olunub. Ermənistanın COP17-yə ev sahibliyinə Azərbaycan tərəfi etiraz etməyib.(modern.az)