Prime Video şirkəti “Üzüklərin hökmdarı” serialının 3-cü mövsümü olan “Güc üzükləri”nin yayım tarixini açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, dünya üzrə milyonlarla pərəstişkarı və JRR Tolkienin ölməz əsərinin adaptasiyası üçün geri sayımın başladığı bir vaxtda “Amazon Prime Video” rəsmi olaraq “Güc Üzükləri”nin 3-cü mövsümünün premyerasının 11 noyabr 2026-cı ildə olacağını açıqladı. “Amazon”un ilkin təqdimatının bir hissəsi olaraq verilən açıqlamaya görə, yeni mövsüm izləyicilərə gələn payızda təqdim olunacaq.
İlk dəfə 2022-ci ildə yayımlanan “Prime Video” istehsalı olan “Güc Üzükləri” tarixin ən bahalı seriallarından birinə çevrildi və indiyə qədər iki mövsüm yayımlanıb. “Üzüklərin Rəbbi” trilogiyasından min illər əvvəl baş verən hadisələrin hekayəsini izah edən serial, çox müsbət rəylər almamasına baxmayaraq, böyük diqqət çəkdi və “Prime Video”nun ən çox izlənilən seriallarından birinə çevrildi.
















