ABŞ və İsrail ilə İran arasında gərginliyin artdığı bir vaxtda Böyük Britaniyaya məxsus nüvə sualtı qayığı HMS Anson Ərəbistan dənizinə yerləşdirilib. ABŞ-ın əməliyyatları genişləndirə biləcəyi ilə bağlı siqnallar və Britaniya hərbi bazalarının istifadəyə açılması regionda gərginliyi daha da artırıb.
Çağdaş.Az-ın məlumatına görə, HMS Anson martın 6-da Pert şəhərindən yola düşərək Hörmüz boğazına yaxın Ərəbistan dənizində mövqe tutub. Bu ərazi qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır.
















