Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Cəmiyyət

Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi “təmizləmək” üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər.

Cagdas.az xəbər verir ki, həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanların orqanizmdə toplanaraq zəhərlənməyə səbəb olması fikri əsasən mifdir. Sağlam insanlarda qaraciyər və böyrəklər dərman maddələrinin parçalanması və xaric edilməsində əsas rol oynayır.

Lakin qaraciyər və böyrək xəstəlikləri olan şəxslərdə, yaşlı insanlarda, eləcə də dərmanların həkim nəzarəti olmadan uzun müddət və yüksək dozada qəbul edilməsi zamanı toksik təsirlər yarana bilər. Xüsusilə bəzi ağrıkəsicilər, antibiotiklər və digər preparatlarla ehtiyatlı olmaq lazımdır.

Mütəxəssis saralma, güclü halsızlıq, ürəkbulanma, qusma, sidikdə dəyişikliklər, şişkinlik, yuxululuq və şüur bulanıqlığı kimi əlamətlər olduqda həkimə müraciət etməyi tövsiyə edib.

Bundan əlavə, müalicə zamanı spirtli içkilərdən istifadə etməyin bəzi dərmanlarla birlikdə qaraciyər üçün risk yarada biləcəyi qeyd olunub.//milli.az