Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Arıqlama iynələri dayandırıldıqdan sonra orqanizmdə nə baş verir?

Cəmiyyət

Arıqlama məqsədilə istifadə olunan inyeksiyaların dayandırılmasından sonra bir çox insanda aclıq hissinin və xüsusilə karbohidrat istəyinin yenidən artması müşahidə oluna bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət iradə zəifliyi ilə deyil, orqanizmin təbii bioloji reaksiyası ilə əlaqədardır.

Cagdas.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, arıqlama inyeksiyalarından istifadə zamanı insanlar daha kiçik porsiyalarla toxluq hiss edə bilir. Lakin müalicə başa çatdıqdan sonra iştahanı tənzimləyən bioloji dəstək zəifləyir və təbii aclıq siqnalları yenidən aktivləşir. Nəticədə daha tez-tez aclıq hissi yaranır, porsiyalara nəzarət çətinləşir və yüksək kalorili, xüsusilə karbohidratlı qidalara meyl arta bilər.

Qeyd edilir ki, çəki itirildikdən sonra orqanizm bunu enerji ehtiyatlarının azalması kimi qəbul edir və itirilən enerjini bərpa etmək üçün aclığı artıran mexanizmləri işə salır. Bu səbəbdən yeməklər daha cəlbedici görünə, qəbul edilən qida miqdarı arta bilər.

Mütəxəssislər vurğulayırlar ki, bu proses dərman asılılığı anlamına gəlmir. Əksinə, bədənin enerji balansını qorumağa yönəlmiş təbii müdafiə mexanizmlərinin nəticəsidir.

Bundan əlavə, arıqlama inyeksiyalarının dayandırılmasından sonra emosional qidalanma davranışları da yenidən üzə çıxa bilər. Stress, yorğunluq və ya emosional gərginlik zamanı əvvəllər öyrəşilmiş qidalanma vərdişləri yenidən aktivləşə və xüsusilə şirin və karbohidratlı qidalara maraq arta bilər.

Mütəxəssislər bildirirlər ki, piylənmənin müalicəsi yalnız dərman istifadəsi ilə məhdudlaşmamalıdır. Davamlı nəticə əldə etmək üçün sağlam qidalanma vərdişlərinin formalaşdırılması, kifayət qədər zülal və lif qəbul edilməsi, əzələ kütləsinin qorunması və emosional qidalanmanın idarə olunması vacibdir.

Onların fikrincə, əsas məqsəd dərman qəbul edilən müddətdə arıqlamaq deyil, müalicə dayandırıldıqdan sonra əldə olunan nəticəni uzunmüddətli qorumaqdır. Buna görə də arıqlama inyeksiyalarının dayandırılması mərhələsi həkim və ya mütəxəssis nəzarətində planlaşdırılmalı və sağlam həyat tərzi ilə dəstəklənməlidir./Oxu24.com/