Bakıda güclü külək zamanı ağacların aşması və budaqların qırılması tez-tez rast gəlinən hallardandır. Mütəxəssislər bunun əsas səbəblərindən birinin ağacların torpaq və iqlim şəraitinə tam uyğunlaşmaması olduğunu bildirirlər.
Cagdas.az xəbər verir ki, aqronomların fikrincə, bəzi ağacların kök sistemi torpağın dərin qatlarına kifayət qədər yayıla bilmir. Bu isə güclü küləklər zamanı onların dayanıqlığını azaldır və aşma riskini artırır.
Digər səbəb kimi isə düzgün olmayan suvarma göstərilir.
Qaydalara uyğun qulluq edilmədikdə kök sistemi zəifləyir və ağaclar hava şəraitinin təsirlərinə daha həssas olur.//milli.az
















