Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciəti edib.
Cagdas.az bildirir ki bu barədə -a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.
“Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik”, – deyə məlumatda qeyd edilib.


