• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sumqayıtın kanalizasiya sistemi üçün 41 milyon ayrılmışdı – Hansı işlər görülüb?

07 Aprel, 26 / 18:18
A A

2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılıb. İşlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41 milyon 505 min manat olan müqavilə imzalanıb. 

Layihənin əsas məqsədi şəhərdə tez-tez baş verən su basmalarının qarşısını almaq, kanalizasiya infrastrukturunu daha da yaxşılaşdırmaqdır.

Müşahidə olunan mənzərə tamamilə başqadır. Yağan intensiv yağışdan sonra şəhərin müxtəlif ərazilərində yollar yenidən su altında qalıb. Küçələrdə toplanan suların isə təkcə hərəkəti çətinləşdirmədiyi, eyni zamanda pis qoxu yayaraq sakinlər üçün əlavə narahatlıq yaratdığı bildirilir.

Bəzi ərazilərdə yağışdan sonra yaranan gölməçələr günlərlə çəkilmir.

Milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq problemin hələ də qalması, layihənin icrası və görülən işlərin keyfiyyəti ilə bağlı suallar doğurur.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Cagdas.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı”na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.

Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib:

“Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib”.

Həmçinin qurumdan verilən məlumata görə, “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir:

“Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda diametri 300, 400, 500 millimetrlik koruge borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara tam uyğun aparılır”.

Nəzərə çatdırılıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr Koruge borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işləri davam edir:

“Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işləri aparılır”.(milli.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN

May 1, 2026
Cəmiyyət

Ərdoğan İrəvana getməyəcək

May 1, 2026
Cəmiyyət

Bayrağa hörmətsizlik etdi, polis hərəkətə keçdi – VİDEO

May 1, 2026
Cəmiyyət

Nazir yeni rəis təyin etdi

May 1, 2026
Cəmiyyət

May ayının 6 günü ilə bağlı CİDDİ XƏBƏRDARLIQ – Uğursuz olacaq

May 1, 2026
Cəmiyyət

Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq

May 1, 2026

XƏBƏR LENTİ

1 kivi yeməyin bilinməyən faydası

02 May, 26 / 2:05

Modemin üzərinə qəpik qoyanlar diqqətli olsun

02 May, 26 / 1:24

Yaddaşı gücləndirməyin 5 qızıl qaydası

02 May, 26 / 0:45

Ödem atan bitki çayları hansılardır?

01 May, 26 / 23:49

Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb…

01 May, 26 / 23:17

İllər keçdikcə həyatı yaxşılaşan bürclər

01 May, 26 / 23:01

Qadınlardan qorxur: özünü 57 il təcrid edib – VİDEO

01 May, 26 / 22:47

FİFA Konqresində gərgin anlar: Fələstin və İsrail nümayəndələri əl sıxmadı

01 May, 26 / 22:34

Tramp Nobel Sülh Mükafatına namizəd ola bilər

01 May, 26 / 22:20

Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN

01 May, 26 / 22:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.