Son dəqiqə

Xəzər dənizində daha bir zəlzələ oldu – YENİLƏNİB

Cəmiyyət

Xəzərdə daha bir zəlzələ olub.

Cagdas.az bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

__________

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

Cagdas.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 13:05-də, 35 kilometr dərinlikdə baş verib.

Yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Bəzi cənub rayonlarında zəlzələ hiss olunub.

Cagdas.az  xəbər verir ki, yeraltı təkanlar saat 13:07 radələrində, təxminən 4 bala yaxın hiss edilib.

Yeraltı təkanlar Astara, Lənkəran və digər cənub rayonlarında hiss olunub.