Son dəqiqə

Keçmiş nazirin nəvəsi binadan yıxılaraq ÖLDÜ

Cəmiyyət

Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985-1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.

Cagdas.az xəbər verir ki, Cebheinfo.az-a bu haqda ailənin yaxınları məlumat verib.

Bildirilib ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

O, elə hadisə yerindəcə dünyasını dəyişib.