Son dəqiqə
İstanbulda sel təhlükəsi: Meteoroloqlar yeni xəbərdarlıq yaydı – Çərşənbə axşamı… Sabiq vəzifəli şəxs həbs edildi – FOTO Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama Əli Əsədov bu işçilərin maaşlarını təsdiqlədi – MƏBLƏĞLƏR Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı ABŞ-də yeni ştatın yaradılması səsverməyə çıxarılacaq

Azərbaycanlıları Türkiyə və Avropaya qanunsuz daşıyan dəstə ƏLƏ KEÇİRİLDİ

Hadisə

Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.

Çağdaş.Az xəbər verir ki, əməliyyat İğdır prokurorluğunun apardığı araşdırma çərçivəsində həmin rayonda baş tutub.

Nəticədə ölkəyə miqrantların qanunsuz yollarla keçməsinə şərait yaradan 12 nəfər tutulub. Məhkəmə qərarı ilə onlardan 7-si həbs olunub. Digərləri isə şərti qaydada sərbəst buraxılıb.

Saxlanılanların evlərində aparılan axtarışlar zamanı qaçaqmal yanacaq, Azərbaycan və Əfqanistan vətəndaşlarına aid çoxlu sayda pasport, kartlar, narkotik, pul, qanunsuz miqrantlar üçün alınan Türkiyədə yayayış iznləri və s. aşkarlanaraq götürülüb.

Məlumata görə, həmin dəstə üzvləri miqrantların Türkiyə və Avropaya qanunsuz daşınması ilə məşğul olub.

Hazırda araşdırma aparılır./Lent.az/