• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
5.8° Weather Columbus
$
1.7
€
1.999
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA

20 Aprel, 26 / 12:04
A A

ABŞ-nin “kölgə kəşfiyyatı” sayılan “Stratfor” hesab edir ki, Rusiya İrəvanı Moskvadan birdəfəlik uzaqlaşdıracaq hərəkətlərdən çəkinməsi üçün Ermənistana təzyiq göstərməyə çalışacaq. Beyin mərkəzinə görə, Rusiyanın dövlət şirkəti tərəfindən idarə olunan Ermənistan dəmir yolları üzərində nəzarət mübahisə mövzusu olaraq qalır. “Bu məsələ xüsusilə Ermənistanın ABŞ-ın dəstəklədiyi TRIPP tranzit dəhlizində iştirak istəyi nəzərə alınmaqla kəskinləşib”, – təhlildə vurğulanır.

Hesabatda Rusiyanın sərəncamında geniş təzyiq vasitələrinin olduğuna diqqət çəkilir. Bura əsasən ticarət və gömrük məhdudiyyətləri, yüksək qaz qiymətləri, Metsamor AES-İ və Gümrüdəki hərbi baza vasitəsilə təsirlər, eləcə də pul köçürmələrinə və Ermənistan vətəndaşlarının Rusiya əmək bazarına çıxışına məhdudiyyətlər daxildir. Bununla belə, Stratfor xəbərdarlıq edir ki, həddindən artıq sərt tədbirlər parlament seçkiləri ərəfəsində Ermənistanda Kremlə qarşı narazı ovqatı gücləndirə və Moskvanın yavaşlatmağa çalışdığı prosesləri sürətləndirə bilər.

İran "Tramp yolu"nu qəbiristanlığa çevirəcəyi ilə hədələdi - Savash Media

Analitiklərə görə, Rusiyanın cavabının miqyası və vaxtı 4-5 may tarixlərində İrəvanda keçirilməsi planlaşdırılan Avropa İttifaqı-Ermənistan sammitinin nəticələrindən asılı olacaq. “Brüssel enerji, nəqliyyat əlaqəsi və siyasi münasibətlər sahələrində nə qədər konkret dəstək təklif edərsə, Kremlin sərt reaksiyaları bir o qədər çox olacaq”.

“Stratfor” ardınca qeyd edib ki, Yaxın Şərqdəki qeyri-sabitlik, həmçinin Qərb tərəfdaşlarının Ermənistan-İran sərhədi yaxınlığında investisiyaların mümkünlüyünü yenidən nəzərdən keçirməsi yaxın gələcəkdə TRIPP-nin (Zəngəzur dəhlizinin) reallaşmasını ləngidəcək. “Lakin uzunmüddətli perspektivdə regionda müharibə nə qədər paradoksal görünsə də, Cənubi Qafqaz və Orta Asiyadan keçən Rusiyadan kənar dəhlizlərin strateji əsaslandırılmasını gücləndirə bilər. İrandakı münaqişə Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvana çıxışını (Araz üzərindən – red.) uzadarsa və məhdudlaşdırarsa, Bakı Ermənistan vasitəsilə alternativ marşrutlar inkişaf etdirməyə məcbur olacaq ki, bu da TRIPP-nin həm kommersiya, həm də siyasi məntiqini gücləndirəcək”, – məqalədə vurğulanır.

“Stratfor” nə dərəcədə haqlıdır?

Siyasi ekspert Oqtay Qasımovun Musavat.com-a bildirdiyinə görə, Yaxın Şərqdə müharibə başlayandan sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif iddialar ortaya atılıb. “Bu iddialar əsasən ondan ibarətdir ki, müharibə dəhlizin açılmasını uzun müddət ləngidə bilər. Xüsusən də Rusiyadan son bəyanatlar və İranla müharibə belə düşünməyə əsas yaradıb. Təbii ki, 8 avqustda imzalanan razılaşma Rusiyanı məmnun etməyib. Ancaq ABŞ-nin iradəsinə qarşı çıxmaq imkanı da məhdud idi və Moskva təmkinli davranır, vaxtaşırı üçtərəfli sənədi yada salırdı. İndi isə bu layihəyə təpki Rusiyadan daha çox İrandan gələ bilər. Nəzərə alsaq ki, Tehran bu prosesi baltalamağa çalışıb. Hətta 2024-cü ildə Rusiya və İran arasında bu marşrutla bağlı fikir ayrılığı meydana gəldi, gərgin polemikalar yaşandı, İranda anti-Rusiya təbliğatı başlandı. Ancaq İran bu müharibədə üstün olsaydı və şərtlərini qəbul etdirə bilsəydi, bəli, onda Zəngəzur dəhlizi ilə bağlı problem yaradardı. Bundan sonra da mane olmağa çalışacaq, amma buna gücü çatacaqmı? Reallıq bu deyil və İranın dəhlizin açılmasına uzun müddət əngəl olacağını gözləmirəm. Əgər ABŞ ilə İran arasında son müzakirələrdə razılaşma olarsa, anlaşmanın bir hissəsi də TRİPP-lə bağlı ola bilər”, – deyə ekspert bildirib.

Oqtay Qasımov: “Vaşinqton görüşü müsbət nəticə verərsə, ABŞ diplomatik  dividendlər qazanacaq”

O. Qasımova görə, Rusiyanın Ermənistan iqtisadiyyatında dominant rolu var: “Xüsusən enerji sektorunda, mədənçilikdə və dəmiryolunda inhisarı var. Həmçinin 102-ci hərbi bazası Ermənistanda yerləşir. Sadəcə, Rusiya daha çox seçkilərin nəticələrinə fokuslanıb. Məqsəd Paşinyan hakimiyyətini zəiflətmək, öz əlaltılarını iqtidara gətirmək və bu proseslərə təsir göstərməkdir. Əgər Paşinyan qalib gələrsə, o halda Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq. Bunu özü də bəyan etdi. O baxımdan, Rusiya və İran “Tramp yolu”na əngəl olmağa can atacaqlar, amma bu pozucu fəaliyyət istədikləri nəticəni verməyəcək. Üstəlik, ABŞ və Çin liderlərinin mayda keçiriləcək görüşündə Orta dəhlizin də müzakirəsi gözləniləndir. Nəzərə alaq ki, bu logistika Pekinin marağındadır, elə olan təqdirdə Rusiya və İran Çinlə münasibətləri korlamaq istəməzlər. Odur ki, müəyyən ləngimə ola bilər, amma uzun çəkməz. Ermənistandakı seçkilərdən sonra layihənin icrası istiqamətində proseslər sürətlənə bilər”(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? – AÇIQLANDI

Aprel 20, 2026
Cəmiyyət

Aeroport yolunda sürət həddi endirildi

Aprel 20, 2026
Cəmiyyət

Paytaxtda 100 min bina SÖKÜLÜR? – RƏSMİ AÇIQLAMA

Aprel 20, 2026
Cəmiyyət

Həftəsonu Hörmüz boğazından 40-dan çox gəmi keçib

Aprel 20, 2026
Cəmiyyət

Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR

Aprel 20, 2026
Cəmiyyət

​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Aprel 20, 2026

XƏBƏR LENTİ

Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? – AÇIQLANDI

20 Aprel, 26 / 18:12

Aeroport yolunda sürət həddi endirildi

20 Aprel, 26 / 17:58

Qarabağa qayıdış mövzusunu bağlamışıq – Paşinyan

20 Aprel, 26 / 17:42

Paytaxtda 100 min bina SÖKÜLÜR? – RƏSMİ AÇIQLAMA

20 Aprel, 26 / 17:28

İraqı dərhal tərk etmək çağırışı EDİLDİ

20 Aprel, 26 / 17:16

Həftəsonu Hörmüz boğazından 40-dan çox gəmi keçib

20 Aprel, 26 / 17:02

Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR

20 Aprel, 26 / 16:47

​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20 Aprel, 26 / 16:33

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

20 Aprel, 26 / 16:17

İranda yeni əskinaslar diqqət ÇƏKDİ – FOTO

20 Aprel, 26 / 16:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.