• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
5.3° Weather Columbus
$
1.7
€
1.999
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ərdoğan İrəvana GEDİR, Bakı ilə SÜLH müqaviləsi isə…

20 Aprel, 26 / 13:57
A A

Bakı və İrəvan sülh müqaviləsini imzalamağın bircə addımlığındadır. Sərhəddə iki ildir sakitliyin hökm sürməsi, iqtisadi-ticari sahədə inqilabi dəyişikliklər, qarşılıqlı etimad quruculuğu prosesinin vətəndaş cəmiyyətləri səviyyəsində də davamı həmin günü yaxınlaşdırır ki, uzaqlaşdırmır.

Bəs o “bir addım” nə vaxt qət olunacaq, o da məlum: Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiası ilə bağlı müddəa aradan qaldırılmalıdır. Bakı üçün fərq eləməz, bu, yeni sənədin qəbulu şəklində olacaq, yoxsa konkret maddənin “Əsas Qanun”dan çıxarılması yolu ilə.

Ötən həftəsonu Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamadan aydın oldu ki, konstitusiyanın yeni mətni 7 iyun parlament seçkilərindən sonra dərc olunacaq. Hərçənd, sənədin bu ilin martında ictimai müzakirəyə çıxarılacağı deyilirdi. Görünür, hakimiyyət seçkilərdəki qələbə ilə öz legitimliyini möhkəmləndirdiyinə əmin olandan sonra növbəti böyük prosesə başlayacaq…

Təbii ki, yeni konstitusiyada qonşu Türkiyəyə də ərazi iddiası yer ala bilməz.Doğrudur, Ankara Bakı qədər bunda təkid eləmir. Qardaş ölkə rəhbərliyi Ermənistanla sərhədlərin açılmasını yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasına bağlayır. Əsas şərt bu.

Məntiqlidir. Çünki Ermənistan Türkiyəyə savaş açmaq cəsarətinə sahib deyil, olmayıb, heç vaxt olmayacaq. Azərbaycanla isə bir neçə müharibə olub deyə, Bakının haqqıdır ki, İrəvan qarşısında ərazi iddiası ilə bağlı bəndin konstitusiyadan çıxarılması tələbini qoysun. Daha bir səbəbə: biz Paşinyan hökuməti ilə yox, erməni xalqı ilə sülh anlaşması istəyirik. Yalnız ondan sonra paraflanmış sənədin imzalanması, sərhədlərin və kommunikasiyaların açılması, diplomatik əlaqələrin qurulması mümkündür.

Bütün hallarda seçim erməni xalqınındır. Diqqətçəkicidir ki, son illər bu ölkədə hakimiyyətlə yanaşı, cəmiyyətdə də iki əsas qonşu ilə əlaqələrin normallaşması zərurəti daha yaxşı dərk olunmaqdadır. Bu ovqatı gücləndirən həm də Rusiya amilinin 30 ildə Ermənistana rifah və təhlükəsizlik zəmanətləri qura bilməməsi ilə bağlıdır…

ve-sulh-ani

Politoloq Elxan Şahinoğluya görə, sülh sazişinin bu ilin sonunadək Türkiyədə imzalanması ehtimalı artıb və Ankara da bunda maraqlıdır. Sitat: “Ermənistan rəsmiləri Türkiyədə müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir”.

Keçən həftə Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə Türkiyə parlamentinin sədri Numan Qurtulmuş Ermənistana Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil olmağı təklif edib. “Simonyan təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq, sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”, – politoloq əlavə edib…

Təxminən iki həftə sonra – mayın 4-də isə İrəvanda ilk dəfə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Tədbirə Türkiyə və Azərbaycan liderləri də dəvətlidir. Lakin İlham Əliyevin Ermənistana səfəri əleyhinə arqument indilikdə kifayət qədər çox olsa da (biri sülh müqaviləsinin imzalanmamasıdır), Ərdoğan İrəvana gedə bilər.

Bu, artıq iki dəfə Türkiyədə səfərdə olmuş Nikol Paşinyanın “real Ermənistan” və “qonşularla sıfır problem” narrativinə tam uyğundur. Eyni zamanda, kritik seçkilər öncəsi ona və partiyasına əlavə siyasi xallar gətirə bilər. O halda Bakı ilə sülh sənədinin qardaş məmləkətdə imzalanma ehtimalı bir qədər də artacaq. Təbii ki, erməni toplumu buna əngəl olacaq daxili-xarici amilləri, özəlliklə Rusiya faktorunu neytrallaşdırmağı bacarsa. İyunun 7-də qəti şəkildə Paşinyanla “YOLA DAVAM!” desə…(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Paytaxtda 100 min bina SÖKÜLÜR? – RƏSMİ AÇIQLAMA

Aprel 20, 2026
Cəmiyyət

Həftəsonu Hörmüz boğazından 40-dan çox gəmi keçib

Aprel 20, 2026
Cəmiyyət

Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR

Aprel 20, 2026
Cəmiyyət

​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Aprel 20, 2026
Cəmiyyət

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

Aprel 20, 2026
Cəmiyyət

Bulvardakı “şeytan çarxı” niyə işləmir? – RƏSMİ

Aprel 20, 2026

XƏBƏR LENTİ

Qarabağa qayıdış mövzusunu bağlamışıq – Paşinyan

20 Aprel, 26 / 17:42

Paytaxtda 100 min bina SÖKÜLÜR? – RƏSMİ AÇIQLAMA

20 Aprel, 26 / 17:28

İraqı dərhal tərk etmək çağırışı EDİLDİ

20 Aprel, 26 / 17:16

Həftəsonu Hörmüz boğazından 40-dan çox gəmi keçib

20 Aprel, 26 / 17:02

Azərbaycanda şirkətləri risklərdən qorunmaq üçün YENİ QƏRAR

20 Aprel, 26 / 16:47

​Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20 Aprel, 26 / 16:33

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

20 Aprel, 26 / 16:17

İranda yeni əskinaslar diqqət ÇƏKDİ – FOTO

20 Aprel, 26 / 16:03

Bulvardakı “şeytan çarxı” niyə işləmir? – RƏSMİ

20 Aprel, 26 / 15:48

SEPAH-dan Azərbaycana BÖHTAN: İndi də ölkəmizi belə ŞƏRLƏYİRLƏR – TV Musavat – Canlı debat

20 Aprel, 26 / 15:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.