• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.3° Weather Columbus
$
1.7
€
1.999
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakı metrosunda görünməmiş vəziyyət yarandı – Rəsmi açıqlama gəldi

20 Aprel, 26 / 19:25
A A

Son günlər sərnişinlər Bakı metrosunun “Bakmil” stansiyasında qatarların 45 dəqiqə intervalla gəlməsindən narazılıq edirlər. Onların bildirdiyinə görə, bu interval xüsusilə səhər və axşam saatlarında daha çox müşahidə olunur. Nəticədə sərnişin axını artır, stansiyada sıxlıq yaranır və insanların gündəlik gediş-gəlişində çətinliklər olur.

Cagdas.az  xəbər verir ki ,Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni”ndə qatarların hərəkətinin təşkili birbaşa infrastruktur imkanları və texniki şərtlərlə bağlıdır:

“Xüsusilə qırmızı və yaşıl xətlərin kəsişdiyi “28 May” stansiyası ətrafında hərəkət qrafikinin tənzimlənməsi daha mürəkkəb xarakter daşıyır. Bu isə həmin ərazidə yerləşən “Nərimanov” elektrik deposunun xəttin ortasında yerləşməsi ilə izah olunur. Ümumilikdə, elektrik depolarının istismara verilməsi zamanı stansiyanın inşası ətraf ərazilərdə məskunlaşma səviyyəsi, sənayeləşmə, elmi-tədqiqat, təhsil və s. iri müəssisələrinin yerləşməsi kimi amillər nəzərə alınır. Bu baxımdan, 2022-ci ildə istifadəyə verilmiş Xocəsən elektrik deposu və eyni adlı stansiya nümunə kimi göstərilə bilər. Həmin depo xəttin başlanğıcında yerləşdiyi üçün bu istiqamətdə qatarların hərəkət qrafikini tənzimləmək daha çevikdir və intervalların sabit saxlanılması nisbətən asandır. Fərqli olaraq, “Nərimanov” elektrik deposunun xəttin mərkəzində yerləşməsi qırmızı və yaşıl xətlərdə qatarların intensiv və ardıcıl hərəkətinin təmin olunmasını texniki baxımdan çətinləşdirir. Bu səbəbdən, xüsusilə pik saatlarda hərəkət qrafikinin optimallaşdırılması daha mürəkkəb prosesə çevrilir. Bu kontekstdə “Bakmil” stansiyası xüsusi qeyd olunur. Belə ki, bu stansiya da məhz “Nərimanov” elektrik deposunun ərazisində yerləşdiyindən onun fəaliyyətinin təşkili ümumi hərəkət qrafikinə birbaşa təsir göstərir. Xəttin ortasında yerləşmə amili səbəbindən “Bakmil” istiqamətində qatarların müntəzəm və intensiv hərəkətini təmin etmək texniki baxımdan məhdudlaşır”.

Qurumdan o da qeyd edilib ki, metroda qatarların hərəkəti bir neçə əsas prinsip əsasında təşkil olunur:

“İlk növbədə, hər bir qatar müəyyən dövrlərdə texniki baxış, təmir və qulluq üçün depoya yönləndirilir və bu proses sərnişin daşımaları ilə paralel şəkildə tənzimlənir. Bu zaman bəzi qatarlar depoya daxil olarkən sərnişinləri son dayanacaq kimi məhz “Bakmil” stansiyasına qədər daşıyır. İkinci mühüm amil sərnişin axınının intensivliyi və günün müxtəlif saatlarında dəyişən tələbatdır. Xüsusilə səhər və axşam saatlarında işə və təhsil müəssisələrinə yönələn sərnişinlərin sayı nəzərə alınaraq qrafik formalaşdırılır. Bununla yanaşı, tətbiq olunan hərəkət cədvəli davamlı monitorinq olunur, sərnişinlərin rəy və təklifləri diqqətdə saxlanılır və zərurət yarandıqda operativ şəkildə düzəlişlər edilir. Gələcək perspektivdə xətlərin tam ayrılması və infrastrukturun daha da genişləndirilməsi fonunda optimal hərəkət cədvəlinin tətbiqi mümkün hesab olunur. Lakin mövcud texniki şərtlər çərçivəsində bu istiqamətdə konkret dəyişikliklər barədə danışmaq hələlik tezdir. Eyni zamanda nəzərə alınmalıdır ki, elektrik depolarında çalışan əməkdaşların gündəlik hərəkəti və texniki heyətin xətt üzrə fəaliyyəti də ümumi hərəkət sisteminin tərkib hissəsidir və bu faktorlar da qrafikin formalaşdırılmasında rol oynayır”.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

Vitaminlər haqqında doğru bildiyimiz YANLIŞLAR

Aprel 20, 2026
Cəmiyyət

İştahın azalmasına səbəb olan bitki

Aprel 20, 2026
Cəmiyyət

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

Aprel 20, 2026
Cəmiyyət

Vəfat etmiş şəxslərin kredit borclarını kim ödəcəyək? – VİDEO

Aprel 20, 2026
Cəmiyyət

Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR

Aprel 20, 2026
Cəmiyyət

Azərbaycana gətirilən toyuq məhsulunda bakteriya AŞKARLANDI

Aprel 20, 2026

XƏBƏR LENTİ

Vitaminlər haqqında doğru bildiyimiz YANLIŞLAR

20 Aprel, 26 / 23:44

“iPhone 18 Pro” bu rəngdə olacaq

20 Aprel, 26 / 23:37

​Arağın insana hansı faydası var?

20 Aprel, 26 / 23:18

Dörd BÜRC üçün şad xəbər: Yeni mərhələ başlayır…

20 Aprel, 26 / 23:01

İştahın azalmasına səbəb olan bitki

20 Aprel, 26 / 22:52

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

20 Aprel, 26 / 22:36

“Qarabağ” Toral Bayramovla bağlı QƏRAR VERDİ

20 Aprel, 26 / 22:22

Hər il 338 söz daha az danışırıq: Səssizləşmənin səbəbi nədir:

20 Aprel, 26 / 22:06

150 milyonluq qaçaqmalçılıq – ABŞ iranlı iş qadınını həbs etdi

20 Aprel, 26 / 21:42

Bu ölkədə məktəblərdə rus dilində danışmaq qadağan edilir

20 Aprel, 26 / 21:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.