• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan əhalisinə VACİB XƏBƏR: maaşlar belə hesablanacaq

21 Aprel, 26 / 10:02
A A

Deputat Vüqar Bayramovun minimum əməkhaqqının artırılması ilə bağlı təklifi müzakirələrə səbəb olub. 

Sitat: “Minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı”.

Bu təklif nə dərəcədə effektli ola bilər? Minimum əməkhaqqı nə qədər olmalıdır?

Cagdas.az xəbər verir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, maaşlar birmənalı olaraq ümumi iqtisadi artımla paralel şəkildə artırılmalıdır:

“Lakin sosial ədalətin təmin olunması üçün aşağı gəlirli qrupların iqtisadi artımdan daha çox pay alması vacibdir. Azərbaycanda gəlir bölgüsündə qeyri-bərabərlik 30-40 il əvvəl də mövcud idi, bu gün də var. Gəlirin böyük hissəsi az sayda sektorda cəmlənir və geniş əhali kütləsinə bərabər paylanmır. Nəticədə, cəmiyyətin bir hissəsi oliqarx həyat tərzi sürür, digər hissəsi isə əsas ehtiyaclarını çətinliklə qarşılayır. Bu sistem köklü şəkildə dəyişdirilməlidir”.

İqtisadçı bildirib ki, bir çox ölkələrdə minimum əməkhaqqı orta maaşın təxminən 50-60 faizi səviyyəsində müəyyən edilir:

“Ölkəmizdə orta aylıq əməkhaqqı təxminən 900-1000 manat civarındadır. Bu yanaşmanı tətbiq etsək, minimum əməkhaqqı 500-600 manat olmalıdır. Əgər məqsəd sosial rifahı artırmaqdırsa, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizindən az olmamalıdır. Məsələn, Fransa və Portuqaliya kimi sosial yönümlü ölkələrdə də minimum əməkhaqqı adətən orta əməkhaqqının 50-60 faizi səviyyəsində müəyyən olunur. Bizim üçün əsas məqsəd həm yüksək, həm də davamlı və idarəolunan artımı təmin etmək, eyni zamanda, aşağı gəlirli qrupların geridə qalmamasına nail olmaqdır.

İrlandiyada “yaşayış minimumu” modeli əsas götürülür. Buna əsasən, minimum əməkhaqqı şəxsin əsas xərclərini ödəməyə yetəcək səviyyədə hesablanır. Bu, sosial baxımdan ən ədalətli yanaşmalardan biri hesab olunur və yoxsulluğun birbaşa azaldılmasına da kömək edə bilər. Ona görə də hesab edirəm ki, ölkəmiz üçün tək bir model kifayət deyil. Ən effektiv yanaşma kombinə edilmiş modeldir. Yəni minimum əməkhaqqı orta əməkhaqqının 60 faizindən az olmamalı və vətəndaşın əsas xərclərini ödəməyə imkan verən səviyyədə müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, Azərbaycanda hazırda minimum əməkhaqqı 400 manatdır.(Referans Media)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda III ixtisas qrupu ləğv EDİLİR?

Aprel 21, 2026
Cəmiyyət

Ev almaq istəyənlərin nəzərinə – “Belə sənədlər etibarlı deyil”

Aprel 21, 2026
Cəmiyyət

Deputatlar 8 vacib məsələnin müzakirəsinə TOPLAŞIRLAR

Aprel 21, 2026
Cəmiyyət

Koroğludan Lökbatana alternativ yol AÇILIR – VİDEO

Aprel 21, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Aprel 21, 2026
Cəmiyyət

Bank borcunu ödəməyənlərin DİQQƏTİNƏ: sərt qaydalar gəlir

Aprel 21, 2026

XƏBƏR LENTİ

ABŞ-İran qarşıdurması böyüyür: 4 ölkə təcili çağırış etdi

21 Aprel, 26 / 13:38

7 iyundan sonra aqibəti bəlli olacaq

21 Aprel, 26 / 13:23

İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?

21 Aprel, 26 / 13:08

Supermarketlər bazarı ələ keçirir: Məhəllə marketləri tarixə çevrilir?

21 Aprel, 26 / 12:53

Ermənilərdan ağlasığmaz Qarabağ təxribatı – Bakı hərəkətə keçəcək

21 Aprel, 26 / 12:38

Energetika naziri Pərviz Şahbazov AÇIQLADI: Azərbaycanın da öz AES-i olacaq

21 Aprel, 26 / 12:24

Azərbaycanda III ixtisas qrupu ləğv EDİLİR?

21 Aprel, 26 / 12:10

Ev almaq istəyənlərin nəzərinə – “Belə sənədlər etibarlı deyil”

21 Aprel, 26 / 11:56

Deputatlar 8 vacib məsələnin müzakirəsinə TOPLAŞIRLAR

21 Aprel, 26 / 11:42

Koroğludan Lökbatana alternativ yol AÇILIR – VİDEO

21 Aprel, 26 / 11:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.