• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2.1° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pensiyalar haqda MÜHÜM XƏBƏR – kapitaldan erkən istifadə mümkün olacaq

21 Aprel, 26 / 10:16
A A

Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından təqaüd yaşını gözləmədən müəyyən hallarda istifadə imkanı verilməsi bu sahədə yeni yanaşmaları gündəmə gətirib. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi illərdir müzakirə olunsa da, konkret addımların atılmaması pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının nə dərəcədə real olub-olmadığına dair sualı aktuallaşdırır.

Bəs Azərbaycanda vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl istifadə etmək hüququ verilə bilərmi?

Cagdas.az  xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik real mexanizmin formalaşdırılmadığını bildirib.

“Bu istiqamətdə qanun layihəsi də hazırlanıb və xüsusilə özəl pensiya fondlarının yaradılması ilə bağlı ilkin layihə hökumətə təqdim olunub. Lakin sənəd indiyədək Milli Məclisin gündəliyinə çıxarılmayıb, yalnız ictimai dinləmələr çərçivəsində müzakirələr aparılıb.

Dünya təcrübəsində pensiya fondlarının vəsaitlərinin daha səmərəli idarə olunması üçün özəl pensiya fondları yaradılır və onlar dövlət nəzarəti altında fəaliyyət göstərir. Bu sistemdə əsas diqqət çəkən məsələlərdən biri də vəsaitlərin sığortalanmasıdır”.

R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda həssas əhali qruplarına aid vəsaitlərin riskli investisiyalara yönəldilməsinə imkan verilmədiyi üçün bu sahədə mühafizəkar qanunvericilik mövcuddur.

“Dünya praktikasında pensiya kapitalının tam şəkildə vaxtından əvvəl götürülməsi tətbiq olunmur. Lakin müəyyən hallarda, könüllü əsaslarla və müəyyən yaş həddindən sonra yığımların bir hissəsindən istifadə imkanı yaradıla bilər. Bu isə gələcəkdə vətəndaşın alacağı pensiyanın məbləğinə təsir göstərir.

Bəzi ölkələrdə ağır xəstəlik, sosial tənhalıq və digər xüsusi hallarda vətəndaşlara pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl istifadə imkanı verilir”.

Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda bu istiqamətdə mexanizm hələ mövcud deyil və yaxın illərdə də belə imkanın yaradılması real görünmür.

“Bu, çox ciddi, əhatəli və konseptual yanaşma tələb edir. Əgər gələcəkdə bu mexanizmlər formalaşdırılsa, Azərbaycan vətəndaşları üçün də pensiya kapitalından vaxtından əvvəl istifadə imkanı yaradıla bilər. Amma indiki templə bu, yaxın perspektivdə mümkün görünmür”, – deyə iqtisadçı əlavə edib.(Referans Media)

Bənzər Xəbərlər

Cəmiyyət

Hesablama Palatası: “1,5 milyard manatdan çox maliyyə nöqsanı aşkarlanıb”

Aprel 21, 2026
Cəmiyyət

TƏCİLİ! TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

Aprel 21, 2026
Cəmiyyət

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

Aprel 21, 2026
Cəmiyyət

Metropoliten açıqladı: Tədbirlər görülür

Aprel 21, 2026
Cəmiyyət

Bakı metrosuna giriş bağlandı – Sərnişinlər çıxarılır

Aprel 21, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyidən XƏBƏRDARLIQ: Kollektiv immuniteti qorumaq üçün…

Aprel 21, 2026

XƏBƏR LENTİ

Hesablama Palatası: “1,5 milyard manatdan çox maliyyə nöqsanı aşkarlanıb”

21 Aprel, 26 / 15:16

TƏCİLİ! TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

21 Aprel, 26 / 15:03

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

21 Aprel, 26 / 14:53

Metropoliten açıqladı: Tədbirlər görülür

21 Aprel, 26 / 14:39

Bakı metrosuna giriş bağlandı – Sərnişinlər çıxarılır

21 Aprel, 26 / 14:24

Səhiyyə Nazirliyidən XƏBƏRDARLIQ: Kollektiv immuniteti qorumaq üçün…

21 Aprel, 26 / 14:10

Azərbaycanda yeni qərar qəbul edildi

21 Aprel, 26 / 14:02

Qəbələyə getmək istəyənlərə şad xəbər – yeni qatar reysləri

21 Aprel, 26 / 13:54

ABŞ-İran qarşıdurması böyüyür: 4 ölkə təcili çağırış etdi

21 Aprel, 26 / 13:38

7 iyundan sonra aqibəti bəlli olacaq

21 Aprel, 26 / 13:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.