• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2.1° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bank borcunu ödəməyənlərin DİQQƏTİNƏ: sərt qaydalar gəlir

21 Aprel, 26 / 10:30
A A

İcra məmurlarının hüquqları genişləndiriləcək. 

Cagdas.az  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlar…

Bəs bu yeni səlahiyyətlərdən sui-istifadə hallarının qarşısını almaq üçün konkret hansı təminatlar olmalıdır? İcra sistemində korrupsiya riskləri bu yeni qaydalarla arta bilərmi?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İcra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təklif olunan dəyişikliklər, ümumilikdə, icra prosesinin effektivliyini artırmağa yönəlib. Yəni məqsəd odur ki, bank borclarının qaytarılması daha operativ və real mexanizmlərlə təmin olunsun. Xüsusilə, elektron pul hesablarına çıxış imkanının yaradılması müasir maliyyə sisteminə uyğun addım kimi qiymətləndirilə bilər. Amma burada çox vacib bir məqam var: səlahiyyət genişlənməsi avtomatik olaraq sui-istifadə risklərini də artırır.

Əgər bu proses düzgün tənzimlənməzsə, vətəndaşların hesablarının əsassız bloklanması, vəsaitlərə həddindən artıq müdaxilə və ya qeyri-proporsional tədbirlərin tətbiqi kimi hallar ortaya çıxa bilər. Bu isə həm hüquqi problemlərə, həm də bank sisteminə olan etimadın zəifləməsinə səbəb ola bilər”.

Ekspertə görə, bu səbəbdən paralel olaraq bir neçə əsas təminat mütləq şəkildə gücləndirilməlidir: “Birincisi, məhkəmə nəzarəti. İcra məmurunun ciddi maliyyə müdaxilələri ya əvvəlcədən məhkəmə qərarı ilə, ya da operativ məhkəmə yoxlaması ilə müşayiət olunmalıdır. İkincisi, proporsionallıq prinsipi qorunmalıdır. Yəni kiçik borca görə vətəndaşın bütün hesablarının bloklanması kimi hallar yolverilməz olmalıdır. İnsanların minimum yaşayış vəsaiti qorunmalıdır. Üçüncüsü, şəffaflıq. Borclu şəxs onun hesabına hansı səbəbdən müdaxilə edildiyini dərhal və aydın şəkildə bilməlidir. Dördüncüsü, effektiv şikayət mexanizmi. Vətəndaşın hüququ pozulubsa, o, bunu tez bir zamanda mübahisələndirə bilməlidir. Eyni zamanda, bütün əməliyyatların rəqəmsal izinin saxlanılması və müstəqil audit mexanizmlərinin tətbiqi də vacibdir. Nəticə olaraq, bu dəyişikliklər doğru balans qurularsa faydalı ola bilər. Amma əsas prinsip dəyişməz qalmalıdır: daha geniş səlahiyyət – daha güclü nəzarət və məsuliyyət deməkdir”.(Referans Media)

Bənzər Xəbərlər

Cəmiyyət

Hesablama Palatası: “1,5 milyard manatdan çox maliyyə nöqsanı aşkarlanıb”

Aprel 21, 2026
Cəmiyyət

TƏCİLİ! TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

Aprel 21, 2026
Cəmiyyət

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

Aprel 21, 2026
Cəmiyyət

Metropoliten açıqladı: Tədbirlər görülür

Aprel 21, 2026
Cəmiyyət

Bakı metrosuna giriş bağlandı – Sərnişinlər çıxarılır

Aprel 21, 2026
Cəmiyyət

Səhiyyə Nazirliyidən XƏBƏRDARLIQ: Kollektiv immuniteti qorumaq üçün…

Aprel 21, 2026

XƏBƏR LENTİ

Hesablama Palatası: “1,5 milyard manatdan çox maliyyə nöqsanı aşkarlanıb”

21 Aprel, 26 / 15:16

TƏCİLİ! TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

21 Aprel, 26 / 15:03

Metronun fəaliyyəti nə vaxt bərpa ediləcək?

21 Aprel, 26 / 14:53

Metropoliten açıqladı: Tədbirlər görülür

21 Aprel, 26 / 14:39

Bakı metrosuna giriş bağlandı – Sərnişinlər çıxarılır

21 Aprel, 26 / 14:24

Səhiyyə Nazirliyidən XƏBƏRDARLIQ: Kollektiv immuniteti qorumaq üçün…

21 Aprel, 26 / 14:10

Azərbaycanda yeni qərar qəbul edildi

21 Aprel, 26 / 14:02

Qəbələyə getmək istəyənlərə şad xəbər – yeni qatar reysləri

21 Aprel, 26 / 13:54

ABŞ-İran qarşıdurması böyüyür: 4 ölkə təcili çağırış etdi

21 Aprel, 26 / 13:38

7 iyundan sonra aqibəti bəlli olacaq

21 Aprel, 26 / 13:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.