Milli Məclis Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
Cagdas.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Daha sonra deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
















