• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.3° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Naxçıvanda “TAXIL İŞİ” böyüyür – Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə…

21 Aprel, 26 / 17:04
A A

Naxçıvan Muxtar Respublikasında strateji ehtiyatların “əl altından” satılması işi böyüyür. Söhbət bölgədə ərzaq təhlükəsizliyinin sütunlarından birinin necə talanmasından gedir.

Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verməsi bu qalmaqalın miqyasını açıq şəkildə ortaya qoyur. İstintaqın mərkəzində isə 10 min tondan artıq buğdanın müəmmalı şəkildə yoxa çıxması və milyonlarla manatın izsiz itməsi dayanır.

İddialara görə, Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fonduna məxsus, illərlə anbarlarda saxlanılan və fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan ərzaqlıq buğda dəyərindən xeyli aşağı qiymətə formal şəkildə “Naxçıvan Taxıl Məhsulları” MMC-yə satılıb. Nəticədə dövlətə azı 6 milyon 500 min manat ziyan dəyib.

Bundan başqa, anbarlarda saxlanılan buğdanın baxımsızlıq ucbatından keyfiyyətini itirdiyi, texniki şərtlərə əməl olunmadığı bildirilir. Məhz bu “əsaslandırma” ilə məhsulun cəmi 2 milyon manata satılmasına nail olunduğu iddia edilir.

Mənbələrə görə, belə bir qərarın qəbulunda Fuad Nəcəflinin Naxçıvan İqtisadiyyat Nazirliyinə ciddi təzyiqlər etdiyi də araşdırılır. Digər diqqət çəkən digər məqam muxtar respublikada Fuad Nəcəfli dövründə kadr təyinatlarıdır. Belə ki, Nəcəflinin öz əmisi oğlu Asiman Nəcəfovu “Naxçıvan Taxıl Məhsulları” MMC-yə icraçı vəzifəsinə gətirdiyi və bu sxemdə onun xidmətlərindən istifadə etdiyi iddia olunur. Eyni zamanda, Fuad Nəcəflinin komandasının müxtəlif qurumlara rüşvət müqabilində işə düzəltmə, hətta Ali Məclis səviyyəsində belə təsir imkanlarından istifadə etməyə cəhd göstərdiyi barədə məlumatlar araşdırmanın predmetidir.

Strateji strukturların şəxsi maraqlara qurban verilməsi ittihamı isə bu işin ən ağır tərəflərindən biridir. 2024-cü ildə Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin Naxçıvan filialı yaradılsa da, faktiki olaraq fəaliyyəti təmin edilməyib. Səbəb isə daha qalmaqallıdır: ortada nə real əmlak, nə də təhvil veriləcək taxıl ehtiyatı olub. Yəni qurum var, amma idarə edəcəyi resurs yoxdur.

Hazırda istintaq çərçivəsində bir sıra yüksək vəzifəli şəxslər də dindirilib. Onların sırasında Naxçıvan Ali Məclisi sədrinin müavini Bəxtiyar Məmmədov və Fuad Nəcəflinin keçmiş müavini Samir Seyidəhmədli də var. Məlumatlara görə, hər iki şəxs ifadələrində taxıl ehtiyatlarının məhz Fuad Nəcəflinin göstərişi ilə satıldığını təsdiqləyib. Qeyd edək ki, həmin dövrdə Bəxtiyar Məmmədov Naxçıvan baş nazirinin müavini vəzifəsində çalışırdı və ehtiyat fonduna nəzarət onun səlahiyyətlərinə daxil idi.

Rəsmi statistikaya görə, 2024-cü ildə Naxçıvanda 49 min ton buğda istehsal olunub. Bunun 15 min tonu toxumluq və yemlik kimi ayrılıb. Əvvəlki illərlə müqayisədə həm əkin sahələri, həm də istehsal həcmi azalıb. Belə bir şəraitdə 10 min ton strateji ehtiyatın yoxa çıxması artıq təkcə iqtisadi cinayət deyil, həm də ərzaq təhlükəsizliyinə zərbə kimi qiymətləndirilir. Hazırda Fuad Nəcəfli və onun komandası ilə bağlı bütün istiqamətlər üzrə araşdırmalar davam edir.(musavat.com)

Bənzər Xəbərlər

Cəmiyyət

Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir

Aprel 21, 2026
Cəmiyyət

Son Zəng bu tarixdə OLACAQ- YENİ QAYDA

Aprel 21, 2026
Cəmiyyət

Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı VACİB TAPŞIRIQ

Aprel 21, 2026
Cəmiyyət

Deputatlar cərimə məbləği ilə bağlı polemikaya girdi

Aprel 21, 2026
Cəmiyyət

Bu dövlət qurumlarının maşınları satışa çıxarıldı

Aprel 21, 2026
Cəmiyyət

Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

Aprel 21, 2026

XƏBƏR LENTİ

Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir

21 Aprel, 26 / 21:15

İsrail xalqının ən çox qorxduğu 8 ölkə – siyahıda Türkiyə də var

21 Aprel, 26 / 21:03

Araşdırma: Süni intellektin sağlamlıq tövsiyələrinin yarısı problemlidir

21 Aprel, 26 / 20:57

Son Zəng bu tarixdə OLACAQ- YENİ QAYDA

21 Aprel, 26 / 20:42

Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı VACİB TAPŞIRIQ

21 Aprel, 26 / 20:26

Bu şirkət ləğv edildi

 

21 Aprel, 26 / 20:10

Azərbaycana narkotik gətirən əsas adam tutuldu – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

21 Aprel, 26 / 19:56

ABŞ ordusu Asiya-Sakit okean bölgəsində tankeri ələ keçirdi - VİDEO

21 Aprel, 26 / 19:40

Azad edilmiş ərazilərdə onlar üçün də kiçik bizneslər quruldu – FOTO

21 Aprel, 26 / 19:27

FIFA Dünya Kuboku hesabından Arda Güler paylaşımı

21 Aprel, 26 / 19:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.