• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Son Zəng bu tarixdə OLACAQ- YENİ QAYDA

21 Aprel, 26 / 20:42
A A

Son illərdə “Son Zəng” tədbirləri artan yüksək xərcləri ilə müzakirə olunur. Valideyn və şagirdlər həm təşkilati hazırlıq, həm də maliyyə yükü ilə üz-üzə qalır. Xüsusilə paytaxt məktəblərində keçirilən tədbirlərin miqyası və sərf olunan vəsait nisbətən çox olur.

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov Ajans.az-a açıqlama verib.

O bildirib ki, vahid standartların tətbiqi çox önəmlidir. Son zəng tədbirləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən artıq müəyyən edilmiş vahid qaydalar mövcuddur. Tədbir bütün məktəblərdə yalnız məktəb ərazisində, yəni məktəbin həyətində və ya akt zalında keçirilməlidir. Bunun müddəti isə maksimum 3 saatla məhdudlaşdırılmalıdır. Bu şərtlər təhlükəsizlik və nizam-intizamın qorunması məqsədilə respublika üzrə bütün dövlət məktəbləri üçün eynidir.

Son zəng tədbirləri bu vahid qaydalar çərçivəsində təşkil olunarsa, daha doğru olar. Bu yanaşma həm də Elm və Təhsil Nazirliyi tərəfindən son zənglərdə bəzən yaranan narahatlıqların və narazılıqların qarşısını almaq baxımından ən düzgün seçimdir.

İlqar Orucov deyib ki, 2026-cı il üçün ən mühüm texniki dəyişiklik tədbirin tarixi ilə bağlıdır. Belə ki, 14 iyun bazar gününə təsadüf etdiyindən, rəsmi olaraq son zəng 12 iyun tarixində keçiriləcək və bununla bağlı artıq qərar qəbul olunub.

Nəzarət mexanizmi olaraq məktəblərdə asayişin qorunması üçün hüquq-mühafizə orqanlarının, yəni polis əməkdaşlarının, həmçinin təhsil idarələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur və bütün zəruri təhlükəsizlik tədbirləri təmin olunacaq.

“Burada vacib məqamlardan biri də geyim və musiqi məsələsidir. Əyləncə elementləri məktəb mühitinə uyğun seçilməlidir. Rəsmi göstərişə əsasən, məzunların məktəbli formasında olması tələb olunur. Musiqi seçimi zamanı bayağı mahnıların səsləndirilməməsi, eyni zamanda milli musiqi və rəqslərə üstünlük verilməsi tövsiyə edilir.”-deyə, ekspert söyləyib.

Son illərdə bəzi musiqilərin məhdudlaşdırılması ilə bağlı yanaşmalar da mövcuddur və milli musiqi alətlərinin canlı ifasına şərait yaradılması mədəni siyasətin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Ümumilikdə hesab edirəm ki, son zəng tədbirləri geyim, musiqi və əyləncə baxımından məktəbin ruhuna uyğun təşkil olunmalıdır.

İsrafçılıq məsələsinə gəldikdə isə, bu, əsasən əlavə xərclərlə — bahalı geyimlər, restoran ziyafətləri və digər kənar tədbirlərlə bağlıdır. Bunun əsas səbəbi valideynlərin və şagirdlərin bu günü təmtəraqlı keçirmək istəyi kimi qiymətləndirilir.

Burada məsul tərəf, ilk növbədə, məktəb rəhbərliyidir. Çünki qaydaların icrasına nəzarət məhz onların üzərinə düşür. Eyni zamanda valideynlər də məsuliyyət daşıyırlar. Çox hallarda məktəb rəhbərliyi müəyyən məhdudiyyətlər tətbiq etsə də, məktəbdən kənarda keçirilən tədbirlərdə israfçılığa məhz valideynlər şərait yaradırlar.

O açıqlayıb ki, nazirlik məktəbdən kənar obyektlərdə keçirilən şənliklərə görə məsuliyyət daşımır və bu cür tədbirlər dəfələrlə tövsiyə olunmayıb. Bu baxımdan valideynlər daha diqqətli olmalıdırlar. Məktəb rəhbərliyi də valideynlərlə düzgün iş aparmalıdır.

Bəzi hallarda bu israfçılıqda məktəb rəhbərliyinin də payı müşahidə olunur. Bəzən direktor, direktor müavinləri və ya sinif rəhbərlərinin bu prosesdə müəyyən maraqlarının olduğu iddiaları da səsləndirilir. Lakin onlar anlamalıdırlar ki, bu yolverilməzdir və daşıdıqları məsuliyyəti dərindən dərk etməlidirlər.

Bənzər Xəbərlər

Cəmiyyət

İnfarktın gizli əlamətləri BUNLARDIR

Aprel 21, 2026
Cəmiyyət

Uşaqlar üçün xüsusi SİM kartlar… – Türkiyə hərəkətə keçdi, bəs Azərbaycanda?

Aprel 21, 2026
Cəmiyyət

Yaşınıza görə sərvətinizi HESABLAYIN

Aprel 21, 2026
Cəmiyyət

Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir

Aprel 21, 2026
Cəmiyyət

Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı VACİB TAPŞIRIQ

Aprel 21, 2026
Cəmiyyət

Deputatlar cərimə məbləği ilə bağlı polemikaya girdi

Aprel 21, 2026

XƏBƏR LENTİ

Təbiətə müharibə: Kəndi xilas etmək üçün vulkanı bombaladılar

22 Aprel, 26 / 0:22

İnfarktın gizli əlamətləri BUNLARDIR

21 Aprel, 26 / 23:58

Bu yay nələr dəbdə olacaq? – Mövsümün əsas trendləri

21 Aprel, 26 / 23:42

Arıqlama zamanı zərərli ola biləcək 7 sağlam məhsul

21 Aprel, 26 / 23:32

Astrologiyaya görə ən qeyri-sabit insanlar bu aylarda doğulanlardır

21 Aprel, 26 / 23:17

Varlanmaq şansı ən yüksək olan 5 BÜRC

21 Aprel, 26 / 23:08

İran bu halda Dünya Kubokunda iştirak edəcək

21 Aprel, 26 / 22:47

Uşaqlar üçün xüsusi SİM kartlar… – Türkiyə hərəkətə keçdi, bəs Azərbaycanda?

21 Aprel, 26 / 22:35

Kevin Medina “Qarabağ”dan gedir?

21 Aprel, 26 / 22:00

Yaşınıza görə sərvətinizi HESABLAYIN

21 Aprel, 26 / 21:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.