Mərkəzi Seçki Komissiya üzvlərinin səlahiyyət müddəti bitdiyindən Milli Məclis MSK-nın yeni tərkibini formalaşdırmaq məsələsinə baxır.
Çağdaş.Az xəbər verir ki, bu məsələ Milli Məclisin növbəti bu gün keçirilən plenar iclasın gündəliyinə salınıb.
Qanunvericiliyə görə, 18 üzvdən ibarət olan seçki qurumunun tərkibi 5 ildən bir yenilənməlidir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatları təmsil edən nümayəndələrdir.Artıq hakim Yeni Azərbaycan Partiyası və parlamentdə azlıq təşkil edən digər partiyalar MSK-da təmsil edəcək yeni namizədlərin Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib. YAP aşağıdakı şəxsləri MSK-da əsas üzvlüyə namizəd göstərib. Bunlar Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayeva. Əvəzedici üzv kimi isə Elnarə Mustafayevanin namizədliyi təqdim olunub.Parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı üzvləri müəyyənləşib. Onlar aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş ƏsgərovAna Vətən Partiyası (AVP) – Etibar QuliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl RəhimliVətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas QəhrəmanlıAzərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) – Tofiq HəsənovDemokratik Maarifçilik Partiyası – İlkin Şahbazov.
Məsələ müzakirə olunmaqdadır./Ölkə.az/
















