• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.9° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

SOS: Xəzər quruyur – Daha bir XƏBƏRDARLIQ

28 Aprel, 26 / 10:05
A A

Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda dəniz səviyyəsinin sürətlə enməsi ilə bağlı narahatlıq artır. Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyevin Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı tələb olunur. BMT baş katibinin müavini İnger Andersen isə ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

Belə bir proqram mümkündürmü? Təhlükə gerçəkdənmi ciddidir? Əgər Xəzərin səviyyəsi proqnoz edildiyi kimi enərsə, bizi nə gözləyir?

Cagdas.az xəbər veriri  ki “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a bildirib ki, Xəzər dənizinin səviyyəsi bir zamanlar yüksəlirdi, indi əksinə aşağı düşür. Onun fikrincə, dənizin enməsinin əsas səbəbi suvarmadır:

“Xəzərin sudaşıyıcı çaylarının suvarmaya cəlb olunması çəkilmələrə səbəb olur. Eyni zamanda, iqlim dəyişikliyi fonunda hava istiliyinin artması ilə yağıntılar azalıb, Xəzərdə buxarlanma çoxalıb. 1960-cı illərdən başlayaraq sovet hökuməti dövründə pambıqçılığın inkişafına su mənbələri cəlb edildi. Pambıqçılıq da böyük su tələb edirdi. Hazırda ölkəmizin ərazisindən keçən əsas su mənbəyimiz Kür çayıdır. Transsərhəd çay olduğu üçün onunla bağlı sərhəddən kənarda baş verən proseslərə müdaxilə edə bilmərik. Bu, artıq beynəlxalq təşkilatların, beynəlxalq konvensiyaların işidir. Beynəlxalq konvensiyalarla transsərhəd çayların aşağı axarlarındakı dövlətlərin məcburi öhdəlikləri var. Əməl olunmalıdırr. Biz də Kürün aşağı axarında yaşayan dövlət olaraq suyunu tək özümüz üçün istifadə etməli deyilik, Xəzərə də yönləndirmək lazımdır. Bunlar əslində kompleks şəkildə həll olunmalıdır”.

Ekoloq deyib ki, artıq Volqa, Ural, çayları da quruyur: “Emba çayı da tamamən qurudu. 1930-cu illərdən sonra demək olar ki, Xəzərə su gətirmir. İlk növbədə suvarmanın düzgün tətbiq olunmasını həll etmək lazımdır. Xəzəryanı dövlətlər bu barədə düşünməlidir. Bunlar hamısı ciddi yanaşma tələb edir. Bu, yalnız Azərbaycanın problemi deyil, Xəzəryanı 5 dövlətin, o cümlədən Birləşmiş Millətlər Təşkilatının ciddi problemidir”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev aprelin 22-dən 24-dək Qazaxıstanın paytaxtı Astanada keçirilən Regional Ekoloji Sammit çərçivəsində panel sessiyada çıxış edib. Bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixi minimuma çatıb və onun dayazlaşma prosesi davam edir.

M.Babayev həmçinin, diqqətə çatdırıb ki, Xəzərə əsas su axınını (ümumi həcmin 80 %-nə qədər) Volqa çayı təmin edir, lakin hazırda suyun əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Onun sözlərinə görə, bu gün su axını tarixi minimumdadır. Prezidentin xüsusi nümayəndəsi yaranmış vəziyyətin əsas səbəbləri arasında buxarlanmanı gücləndirən iqlim dəyişikliyini, antropogen amilləri, həmçinin kənd təsərrüfatı üçün suburaxıcı və hidrotexniki qurğuların tikintisini qeyd edib. O əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması problemini prioritet hesab edir və bu istiqamətdə Qazaxıstanla sıx əməkdaşlıq edir. Xüsusi nümayəndənin sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramı ilə koordinasiya çərçivəsində Xəzərin dayazlaşmasına qarşı mübarizə üzrə səylərin birləşdirilməsi üçün beynəlxalq platforma yaradılıb, eləcə də Tehran Konvensiyası çərçivəsində 10 illik fəaliyyət planı hazırlanıb.
M.Babayev əlavə edib ki, bu istiqamətdə iş Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcək.

Bənzər Xəbərlər

Cəmiyyət

DİM abituriyentlər arasında sorğu keçirir

Aprel 30, 2026
Cəmiyyət

Rezidenturaya qəbul olunmaq istəyənlər üçün vacib gün

Aprel 30, 2026
Cəmiyyət

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

Aprel 30, 2026
Cəmiyyət

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

Aprel 30, 2026
Cəmiyyət

Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ

 

Aprel 30, 2026
Cəmiyyət

Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Bu xidmət mayın 1-dən tarixə qovuşur

Aprel 30, 2026

XƏBƏR LENTİ

Doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda

30 Aprel, 26 / 13:13

DİM abituriyentlər arasında sorğu keçirir

30 Aprel, 26 / 12:59

Rezidenturaya qəbul olunmaq istəyənlər üçün vacib gün

30 Aprel, 26 / 12:44

Prezident idmançıları qəbul edib

30 Aprel, 26 / 12:29

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

30 Aprel, 26 / 12:16

Nazirlik təcili açıqlama yaydı: 30 iyunadək vaxtınız var

30 Aprel, 26 / 12:00

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

30 Aprel, 26 / 11:45

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı - FOTOLAR

30 Aprel, 26 / 11:30

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 26 / 11:17

FED sədri Pauel: Brent nefti hələ zirvəyə çatmayıb

30 Aprel, 26 / 11:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.