Bakı şəhəri, Nizami və Xətai rayonlarının Keşlə qəsəbəsində sökülən fərdi yaşayış evlərinin sakinlərinə maddi yardım ödəniləcək.
Cagdas.az xəbər verir ki, bu, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək tədbirlər planında öz əksini tapıb.
Sənədə əsasən, Xətai rayonu, Keşlə qəsəbəsi, R.Bağırov küçəsi 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım veriləcək.
Bundan əlavə, Nizami rayonu ərazisində M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası üçün vəsait ayrılması, həmçinin sakinlərə dəyən ziyana görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin evlərin sakinlərinin 3 aylıq kirayə haqlarının qarşılanması da planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan diametri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı ilə sökülüb.(musavat.com)
















